Avtosfer.az | Reklam
Xanım sürücü “protiv” getdi - az qala uşağı vurmuşdu - VIDEO
Avtoreyd 23 İyun 2017 12:21 Oxunub 3611
Xanım sürücü “protiv” getdi - az qala uşağı vurmuşdu - VIDEO
Onun cəriməsi 4 bal və 100 manatdır

Avtosfer.az-ın qaydaları pozan sürücülərə qarşı reydləri davam edir. Bu dəfə əks yola çıxaraq qayda pozan iki sürücü “radara” düşüb. Belə ki, Xətai prospektində yol tıxac olduğu üçün əks istiqamətə çıxan 99 HU 589 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobilin sürücüsü kifayət qədər ciddi problem yaradır.

Eyni zamanda 10 PV 572 dövlət nömrə nişanlı “KİA” markalı avtomobilin qadın sürücüsü isə qaydaları pozmaqla yanaşı az qala yolu keçməyə çalışan uşaqları vuracaqdı.

Qeyd edək ki, hər iki sürücü İnzibati xətalar Məcəlləsinə görə qarşı yola çıxaraq nəqliyyat axınına qarşı gedib. Bunun cəriməsi isə 4 bal və 100 manatdır. 

Avtosfer.az sözügedən kadrları təqdim edir:

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh