Yanan maşını yanğınsöndürən balonla söndürə bilmədilər – Bakıda - VİDEO

Yanvarın 31-də, səhər saatlarında Böyükşor-Hava limanı yolunda avtomobildə yanğın baş verib. Avtosfer.az saytı 9192 xidmətinə istinadən xəbər verir ki, yanğın 10-VA-113 dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobilin mühərrik hissəsini əhatə edib. Avtomobili radiodan adı sürücülərə yaxşı tanış olan Sahil usta söndürüb. O, 5 kiloqramlıq yanğınsöndürənlə alovu nəzarətə götürməyə çalışıb. Lakin yanğınsöndürən balonun içindəki maye bitdiyi üçün əlavə olaraq alovun üstünə su töküblər. Bundan başqa, maşının mühərrik yerindəki kauçuk detalları qoparıb atandan sonra yanğını söndürmək mümkün olub. Videonu paylaşan səhifə qeyd edib ki: "Sahil ustanın 5 kq-lıq yanğınsöndürəni ancaq çatır söndürməyə. 1 kq-lıq gəzdirənlər bir də düşünsünlər».
Həmin videonu təqdim edirik:
Fuad
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











