Yol kənarında "yanacaq bazarı" - Təhkükəli və zərərli - VİDEO

Ərazidə yanacaq stansiyasının azlığından, ya da olmamasından istifadə edərək plastik qablara doldurduqları yanacağı yolların kənarında satmağa çalışırlar. Bir çox bölgədə belə halları görmək olur. Bu isə təhlükəsizlik qaydalarını və yanacağın keyfiyyətini gündəmə gətirir. Çünki təhlükəsizlik qaydalarına əməl edilmədən plastik qablara doldurduqları yanacağı harada gəldi satırlar. Bəziləri hətta bunun üçün yolun kənarında piştaxta da düzəldib. Görüntülər Salyandandır. Ərazidə yanacaqdoldurma məntəqələrinin azlığından ya da olmamasından istifadə edənlər qablaşdırdıqları yanacaqları satışa çıxarır.
Tovuzda isə rayon mərkəzindən uzaq olan kəndlərdə belə satış nöqtələri diqqət çəkir. Həmin ərazilərdə yaşayan sürücülər qablarda satılan benzindən istifadə etmədiklərini bildirirlər. Hətta yanacaq bir məntəqələri qabla gələnlərə benzin satmaqdan imtina edirlər ki, təhlükəlidir. Ancaq onlar üçün əsas gəlir mənbəyidir. Yanacağı bu şəkildə necə əldə etdikləri məlum olmadığından keyfiyyəti də məlum deyil. Bu isə istifadə edilən avtomobilin nasazlanma riski deməkdir.
Sürücülərin əksəriyyəti belə desə də, reallıq bu deyil. Hər halda müştəri tapılmasaydı belə bazar da olmazdı.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











