Yol nişanı var, amma piyada zolağı çəkilməyib - Bakıda - VİDEO

Piyada keçidini bildirən nişanın zolağı çəkilməyib. Bundan əlavə, nişanın ətrafı hansısa obyektin hasarı ilə əhatə edilib. Yolu keçən piyadalar məcbur olub yolun hərəkət hissəsi ilə hərəkət etməli olurlar. Belə bir hal paytaxtın 4-cü mikrorayon dairəsi yaxınlığındakı 20 yanvar küçəsində lentə alınıb. Məsələ ilə bağlı ekspert Azər Allahverənov bildirdi ki, bu mənzərə yol hərəkətinin təşkilində böyük səhvdir. Nişan qoyularkən ilk növbədə piyadaların təhlükəsizliyi nəzərə alınmalıdır.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamaran Əliyev bildirib ki, piyada keçidini bildirən nişanlar qoyularkən insanların normal hərəkəti üçün səkilər olmalıdır. Onun sözlərinə görə, əgər piyadaların hərəkəti üçün imkan yoxdursa, onda əraziyə baxış keçirilməlidir. Yalnız bundan sonra ərazidəki uyğunsuzluq aradan qaldırıla bilər.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











