Yol polisi bahalı maşınları cərimə meydançasına saldı – Biri "avtoş", biri sərxoş - FOTO

Səbayel rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları dünən gecə rayon ərazisində reyd keçiriblər. Avtosfer.az xəbər verir ki, reyd zamanı avtoxuliqanlıq edən 2 sürücü saxlanılıb. Onlardan biri 99 GO 505 dövlət nömrə nişanlı “Chevrolet Camaro” markalı avtomobilin sürücüsü olub. Dəfələrlə qayda pozan sürücü DYP əməkdaşları tərəfindən saxlanılarkən kiməsə zəng edib. Zəng olunan şəxs məşhur iş adamlarından biri olub. O, telefonda yol polislərini təhqir etsə də, sürücünün idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb. Həmin avtomobilə aid xeyli sayda ödənilməyən cərimələrin olduğu da üzə çıxıb.
Bundan əlavə, reyd zamanı avtomobili sərxoş halda idarə edən 4 sürücü də aşkar edilib. Onlardan biri 99 LP 840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü olub.
Qeyd edək ki, reyd zamanı cərimələri vaxtında ödəməyən 10 sürücü saxlanılıb, onlara bildirişlər çap olunaraq təqdim edilib. Bəzilərinin maşını isə cərimə meydançasına aparılıb.
Elmin
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO
















