Yol polisi Qaxda reyd keçirdi: 70-dən çox sürücü saxlanılıb - FOTO

Qax Yol Polisi Şöbəsi "Təmiz hava" aylığı çərçivəsində rayonda reyd keçirib. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, reydin keçirilməsində məqsəd atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub. Reyd zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb, normalara cavab verməyən avtomobillərin sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib, sürücülərə cərimə protokolu yazılıb. Yol polisi əməkdaşlarının sürücülərin avtomobilindən çıxan dəm qazının normadan artıq olduğunu onlara izah etməsinə baxmayaraq, bəzi sürücülər yazılan cərimələrlə razılaşmayıb. İki saatdan artıq davam edən reyd zamanı 70-dən çox sürücü saxlanılıb. Normadan artıq dəm qazı ixrac edən 22 avtomobilin sürücüsünə inzibati protokol yazılıb. Qeyd edək ki, reydlər avqustun sonuna qədər davam edəcək.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO




















