Yol polisi xəstə aparan sürücüyə qarşı zor tətbiq etdi – ŞOK VİDEO

Zaman-zaman redaksiyamıza Dövlət Yol Polisi əməkdaşlarının özbaşınalıqları, qanunazidd əməlləri ilə bağlı video və fotofaktlarla müşaiyət olunan məlumatlar daxi olmaqdadır. Əksər hallarda şikayət xarakterli bu kimi müraciətlərə redaksiya olaraq həssaslıqla yanaşır, göndərilən faktlar təsdiq olunduqdan sonra dərcinə qərar veririk. Redaksiyamıza daxil olan növbəti videofakt isə görənləri dəhşətə gətirir. Belə ki, Respublika Kliniki Xəstəxanasına xəstə aparan sürücünün qarşısını DYP əməkdaşları kəsərək sürücüyə qarşı zor tətbiq etməyə başlayırlar. 99 YP 274 avtomobil dövlət qeydiyyat nişanlı DYP-çilər "20 Yanvar" dairəsində sürücünün qarşısını kəsərək polis etikasına zidd hərəkətlərə yol veriblər. Qanunun tələblərini bir tərəfə qoyan DYP-çilər sürücü ilə “varovskoy” söhbətə keçirlər. Daha sonra polis əməkdaşları “razborkanı” davam etdirmək üçün sürücünü duelə dəvət edirlər. Əməkdaşımız hər iki avtomobili izləməyə çalışsa da tıxaclar ucbatından bu mümkün olmayıb.
Məsələ ilə bağlı DYP-nin aidiyyatı qurumları ilə əlaqə saxlamağa çalışsaq da hər zamankı kimi “əlçatmaz” statuslarını qorumaqda davam edirlər.
Növbəti gün piyada keçidi işarəsi qoyulmayan bir neçə hərəkətli küçələrdə DYP-çilərin unikal davranışları ilə bağlı yazını dərc edəcəyik
7news.az
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











