Avtosfer.az | Reklam
Yol polisinin kamerası qarşısında qayda pozdu – 005 - VİDEO
Avtoreyd 23 Oktyabr 2017 15:09 Oxunub 2115
Yol polisinin kamerası qarşısında qayda pozdu – 005 - VİDEO
Bahalı avtomobil və ya bahalı nömrə heç kimə üstünlük vermir

Oktyabrın 17-də Paytaxtın Mikayıl Müşviq küçəsində qoşa xəttin tələbini pozan daha bir sürücü Avtosfer.az-ın kamerasına düşüb. Yasamal rayonu, Mikayıl Müşviq küçəsi ilə hərəkət edən 10-LL-005 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil “Təhlükəsiz şəhər” kamerasının qarşısında 1.3 xəttinin tələbini pozaraq manevr etmə qaydasını pozub.

Belə sürücülər düşünmürlər ki, qaydanı pozanda qəza ola bilər. Bahalı avtomobil və ya bahalı qeydiyyat nişanının olması heç kimə üstünlük vermir. Hamı qanun qarşısında bərabər olmalı və qaydalara riayət etməyə özümüzdən başlamalıyıq.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh