Yol qaydalarını barmağına dolayan sürücüyə baxın - VİDEO

Avtoreyd 23 May 2017 15:00 Oxunub 3469
Yol qaydalarını barmağına dolayan sürücüyə baxın - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Svetoforu gözləmək əvəzinə dağa-daşa dırmanan sürücü də var

Mayın 16-da Binəqədi şossesində yol hərəkəti qaydalarını barmağına dolayan sürücünün görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, 99-HV-077 qeydiyyat nişanlı "Jeep Wrangler" markalı avtomobilin sürücüsü yolayrıcında svetoforun qırmızı işığının yanmasına baxmayaraq piyadalar üçün nəzərdə tutulmuş yola bitişik səkiyə çıxaraq dayanmış avtomobilləri sağdan keçməyə başlayıb. Sürücü yolayrıcını nəzərdə tutulmayan yerdən keçdikdən sonra avtomobillərin arasından şütüyərək gözdən itib.

Həmin görüntüləri təqdim edirik:

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh