"Yol təhlükəlidir" deyib təyyarə ilə gəldi: qismətdən qaça bilmədi - VİDEO
Avtoreyd 21 Oktyabr 2016 12:43 Oxunub 8496
"Yol təhlükəlidir" deyib təyyarə ilə gəldi: qismətdən qaça bilmədi - VİDEO
22 yaşlı qızın həyat dramı eşidənləri dəhşətə gətirir

Türkiyədə Erciyes Universiteti Sənaye Mühəndisliyinin 3-cü kurs tələbəsi olan 22 yaşlı Özge adlı qızın həyat dramı eşidənləri dəhşətə gətirir. Milli.az hürriyet-ə istinadən bildirir ki, şanssız qızı ölümə aparan hadisə bir mühədislik sərgisini izləmək üçün rəfiqəsi ilə Kayseridən İstanbula getməli olduğu zaman baş verib. Özgenin anası həmin gün xəbərlərdə bir qızın yük maşınının altında qalaraq öldüyünü görüncə, qızına: "Qızım yollar təhlükəli, təyyarə ilə get" deyib. Anasının bu sözlərindən sonra iki rəfiqə İstanbula təyyarə ilə getmək qərarına gəlir. Bir saatlıq səfəridən sonra "Sabiha Gökçen" hava limanına çatan Özge təyyarədən enər-enməz anasına, "Anacığım gəldik, baqaj gözləyirik" deyə mesaj yazıb. İki rəfiqə bu mesajdan sonra qrup yoldaşları ilə görüşmək üçün Kadıköyə yola düşüb. Özge Kandemir, Kadıköy Caferağa Məhəlləsindəki səkidə yoldaşlarıyla söhbət edərkən yük maşını onları vurub. Gənc qız xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh