Yolda təhlükə - kanalizasiya quyusunun ağzı açıqdır - VİDEO

Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində yolun ortasında kanalizasiya quyusunun ağzı günlərdir açıq vəziyyətdədir. Bu isə sürücülər üçün böyük təhlükəyə çevrilib. Sakinlərin sözlərinə görə, həmin quyuya bir neçə dəfə avtomobil düşüb.
Avtomobillərin intensiv və sürətlə hərəkət etdiyi yoldakı kanalizasiya quyusunun ağzı açıqdır. Ətrafda isə real təhlükə ilə bağlı heç bir yol nişan qoyulmayıb. Hər hansı bir sürücünün ani diqqətsizliyi böyük faciəyə səbəb ola bilər.
Avtosfer.az bildirir ki, kadrlar paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsindəndir. Yolda olan kanalizasiya quyusunun qapağı təmir məqsədilə bir neçə gün əvvəl açılsa da, hələ də yerinə qoyulmayıb.
Nəqliyyat eksperti Azər Allahverənov deyir ki, bu, birbaşa qayda pozuntusudur. Onun sözlərinə görə, təmir işləri aparıldıqdan dərhal sonra kanalizasiya qapağı yerinə qoyulmalıdır.
Ekspertin deyir ki, əgər hər hansı bir avtomobil həmin quyuya düşərsə və əzilərsə, sürücü avtomobilə dəymiş ziyanı aidiyyatı quruma ödətdirə bilər. Bunun üçün sürücü əraziyə dərhal polis əməkdaşlarını çağırmalıdır.
Məsələ ilə bağlı isə Azərsu Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, belə hallara şahid olan sakinlər 955 qaynar xəttinə zəng edərək məlumat versinlər.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











