Yük maşını öz-özünə hərəkətə gəldi - Qorxulu anlar - VİDEO

Sürücü səhlənkarlığı yenə ortaya xoşagəlməz görüntülər çıxardı. Çində ağır tonnajlı yük maşını sürücüsünün sayıqlığı əldən verməsi qəzaya səbəb olub. Öz-özünə hərəkətə gələn nəqliyyat vasitəsi faciəyə yaşıl işıq yandırsa da, xoşbəxtlikdən tələfata yol açmayıb. Hadisə Dziansi vilayətində baş verib. Hərəkətə gələn yük maşını keçid məntəqəsinə ziyan vurub. Avtosfer.az atv.az-a istinadən bildirir ki, bu vaxt məntəqə işçilərinin həyatı təhlükəyə düşsə də, yük maşını onlardan aralı keçib. Baş verənlər müşahidə kameralarından anbaan lentə alınıb.
Məlum olub ki, yük maşını sürücüsü nəqliyyat vasitəsini saxladıqdan sonra əl əyləcini dartmağı unudub. Sürücü hərəkətə gələn maşının arxasınca qaçsa da, iş-işdən keçib. Ağır tonnajlı texnika baryerlərə çırpıldıqdan sonra dayanıb. Buna qədər isə məntəqədəki kabinlərdən birini sıradan çıxarıb.
Dəyən ziyanı aradan qaldırmağı üzərinə götürən sürücü haqqında cəza tədbirləri görülüb. Görüntüləri izləyən çinlilər daha böyük fəsada yol aça biləcək hadisə ilə bağlı sürücünü tənqid atəşinə tutublar.
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO











