Ayağını tormozdan çəkməyib sərt tormozlama edənlər bu zərərləri bilirmi? - VİDEO

Bəzi sürücülər avtomobil idarə edərkən əyləc pedalını həddindən artıq sıxır və ya onu tez-tez “yarım əyləc” vəziyyətində saxlayırlar. Bu hal yolda hərəkət zamanı çox rast gəlinən vərdişlərdən biridir. Lakin bu davranışın avtomobilə və sürüş təhlükəsizliyinə təsirləri ola bilər.
.jpg)
Avtomobil ustası Sahil Ağabəyli Avtosfer.az-a bildirib ki, şəhər daxilində avtomobil idarə edən sürücülər ən çox əyləc sistemindən istifadə edirlər: “Xüsusilə, tıxacda daha tez-tez baş verir. Nəticədə əyləc dayaqları, yəni qəliblər daha tez yeyilir. Bu hal avtomobildən avtomobilə fərqlənir. Elə modellər var ki, yeni əyləc qəlibləri ilə cəmi 10–15 min kilometr gedilir, bəziləri 50 min, bəziləri isə hətta 100 min işləyə bilir. Bu, əsasən sürücünün idarəetmə tərzindən asılıdır. Məsələn, qabaqda maneə, işıqfor və ya dayanacaq varsa, təcrübəli sürücü əvvəlcədən qaz pedalını buraxır və dayanma anında yavaşca əyləcə basaraq avtomobili saxlayır. Digər tərəfdən, bəzi sürücülər sürətlə gəlib birdən-birə sərt əyləc tətbiq edirlər. Bu da əyləc qəliblərinin ömrünü xeyli azaldır”.
Sahil Ağabəyli əlavə olaraq qeyd edir ki, bəzi sürücülər daim bir ayağı qazda, digər ayağı əyləc pedalında saxlayır: “Belə vərdişlər əyləc sisteminə ciddi zərər vurur. Hətta elə hallar olur ki, 12 min kilometr yol qət etmiş yeni avtomobilin əyləc qəlibləri tamamilə bitir. Ona görə də əyləcdən bacardıqca az istifadə etmək lazımdır. Qabaqda dayanma ehtiyacı görürsünüzsə, əvvəlcə qazdan ayağı çəkin, yalnız lazım olanda yavaşca əyləcə basın. Xüsusilə, enişlərdə, aşırımlarda həddindən artıq əyləcdən istifadə edilməsi qəliblərin tez yeyilməsinə, qızmasına və hətta əyləc mayesinin qaynamasına səbəb olur ki, bu da ciddi təhlükə yarada bilər. Eniş zamanı tiptronik rejimdən və ya sürət qutusunu aşağı pilləyə salmaqla mühərrikin gücündən istifadə etmək tövsiyə olunur. Yalnız əyləc sisteminə yük düşdükdə qəliblər həm tez sıradan çıxır, həm də əyləcin effektivliyi azalır.
Nəticə olaraq, düzgün idarəetmə tərzi əyləc sisteminin ömrünü uzadır və yolda təhlükəsizliyi təmin edir”.
Fidan
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












