Bir anlıq diqqətsizlik, bir ömürlük ağrı – Yol qəzası qurbanları anılıb - VİDEO

Noyabrın 25-i Ümumdünya Yol-nəqliyyat hadisələri qurbanlarının Anım Günü ilə əlaqədar 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində (UGİM) tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə bir sıra qonaqlar iştirak edib. İştirak edənlər arasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli, idarənin hərəkətin təşkilinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin inspektoru, polis kapitanı Pərvanə Muradova, Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin tərbiyə məsələləri üzrə iş sektorunun müdiri Qeyrət Şirəliyev, Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı, “Müstəqil Nəqliyyatçılar” Məsləhət və İnformasiya İB-nin sədri, hüquqşünas Ərşad Hüseynov, qəzada məktəbli qızını itirən Gülnar Gözəlova, məktəblilər və dərnək üzvləri olub.

Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb, Vətən uğrunda canından keçən, şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra səhnə inkişaf mərkəzinin üzvü olan azyaşlılara verilib. Onların ifasında səhnəciklər, musiqilər təqdim edilib, yol hərəkəti qaydaları ilə bağlı çağırışlar təqdim edilib.
Daha sonra 2024-cü ilin iyun ayında avtomobil qəzasında dünyasını dəyişən Leyla Gözəlovanın həyat yolu, anası Gülnar Gözəlovanın Avtosfer.az-a müsahibəsi təqdim olunub.
Tədbir qonaqların çıxışları, onların yol hərəkəti iştirakçılarına, xüsusən sürücü və piyadalara çağırışları ilə yekunlaşıb.
Səfər
Gəncədə “Mitsubishi” qarşıdan gələn “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Binədə sürücü yolu bağlayıb qəza şəraiti yaradan şəxsi mübahisəyə çağırdı - VİDEO
Sürücülərin gözünü qamaşdırıb maşının qapısını açıq saxladı – İrada cavabı isə... - VİDEO
Bakıda ödənişli zonalara giriş və tarif qaydası necə olacaq? - TƏHLİL - VİDEO
Dünyanın daha bir nüfuzlu şin markası - Niderland mənşəli "Vredestein" Azərbaycan bazarına daxil olur - VİDEO
Ziya Bünyadovda sürücülər tıxacdan yayınmaq üçün səkini yola çevirdilər - VİDEO
Novxanıda avtobus yolunu dəyişdi - Sərnişinlər dəniz mənzərəsi ilə getdi - VİDEO
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO












