Bakıda kobud qayda pozan və qadını təhqir edən sürücü CƏZALANDIRILDI - VİDEO

Paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsində kobud qayda pozaraq qadını təhqir edən sürücü saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən sözügedən sürücü müəyyən edilərək saxlanılıb. Onun barəsində inzibati tənbeh tədbiri görülüb. Sürücü əks istiqamətli yolda hərəkət etdiyinə görə 4 bal və 150 manat məbləğində cərimə olunub.
Eyni zamanda sürücünün qeyri-etik davranışı ilə bağlı toplanmış materiallar Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, o, qadına qarşı işlətdiyi nalayiq ifadəyə görə 100 manat məbləğində cərimələnib.
*** 14 aprel, 19:03
Paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsində kobud qayda pozuntusu qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 10-da saat 14:51 radələrində baş verib. Belə ki, 77-LT-579 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü birtərəfli hərəkət yoluna əks istiqamətdən daxil olaraq təhlükəli vəziyyət yaradıb. Nəticədə o, qarşıdan gələn nəqliyyat vasitəsinin yolunu kəsib.
Hadisəni qeydə alan avtomobilin sürücüsü toqquşmanın qarşısını almaq üçün manevr edərək sağ zolağa – parkinq üçün nəzərdə tutulan hissəyə çəkilməyə məcbur olub.
Daha sonra o, qayda pozan sürücünü xəbərdar edərək “Dayı, əks istiqamətdə hərəkət edirsiniz” deyib. Lakin sürücü iradlara məhəl qoymayaraq qadına qarşı nalayiq ifadə işlədib və ərazini tərk edib.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












