Bəzi vətəndaşlar dəmiryol relslərini telefonla oynayaraq keçir – Mühafizə rəisi - VİDEO

2026-cı ilin ilk beş ayı ərzində Azərbaycan dəmir yollarında qeydə alınan kənar müdaxilə hadisələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Statistik göstəricilər dəmir yolu infrastrukturuna və hərəkətdə olan qatarlara edilən müdaxilələrin təkcə nəqliyyatın fəaliyyətinə deyil, insanların həyat və sağlamlığına da ciddi təhlükə yaratdığını göstərir.
Cari ilin ilk beş ayında ümumilikdə 197 kənar müdaxilə hadisəsi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 108 olub. Beləliklə, hadisələrin ümumi sayında 82 faiz artım müşahidə edilib. Hadisələrin böyük əksəriyyəti – 167-si sərnişin qatarlarının hərəkəti zamanı baş verib.
Saylarda artım olsa da, ötən illə müqayisədə bu il sərniin qatarlarının hərəkət intensivliyi və gedilən məsafədə də böyük dəyişiklik var.

Ən çox rast gəlinən hadisələrdən biri dəmir yolu xəttinə insanların daxil olması səbəbindən maşinistlərin təcili tormozlama etməsi olub. Bu cür hadisələrin sayı bir il ərzində 55-dən 60-a yüksəlib. Bundan başqa, relslər üzərinə kənar əşyaların qoyulması halları da 47 faiz artaraq 17-dən 25-ə çatıb. Daş atılması hadisələrinin sayı isə 16-dan 20-yə yüksəlib. Bu kimi müdaxilələr ilk baxışda sadə görünə bilər, lakin hərəkətdə olan qatarlara ciddi ziyan vurmaqla yanaşı, sərnişinlərin və dəmir yolu əməkdaşlarının həyatı üçün risk yaradır.
Avtosfer.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sahəsinə daxil olan dəmir yolu relsləri ətrafında baş verən təhlükəli halların sayı ötən illə müqayisədə artıb. Belə ki, bu ilik ilk 5 ayı ərzində qatarla toqquşma nəticəsində 6 piyada ölübsə, ötən ilin müvafiq dövrü ərzində bu say 5 nəfər idi. Bu isə o deməkdir ki, aparılan marifləndirmə işlərinə baxmayaraq, hələ də dəmir yolu relslərindən gəzinti ərazisi kimi istifadə etməyə davam edən piyadalar var.
Məsələ ilə daha yaxından tanış olmaq üçün Sumqayıt şəhərinə uznan dəmiryol xətləri ətradında yaşayan vətəndaşlarla görüş keçirilib. Görüşdə nəqlyyat eksperti, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Mərkəzinin sədri Elməddin Muradlı, “Azərbaycan DƏmir Yolları” QSC-nin Mühafizə departamentin nümayəndələri iştirak edib. Sumqayıt şəhər dəmir yolu vağzalının mühafizə bölməsinin rəisi Nəsrəddin Alməmmədov bildirib ki, Novxanı bağ massivi ərazisində qatar yolundakı döngə relslərdən keçən piyadalar üçün daha təhlükəlidir. O qeyd edib ki, ərazidən vaxtaşırı istifadə edən vətəndaşlar relslərin ətrafındakı dəmir çəpərləri sökür və həmin hissədən keçid vasitəsi kimi istifadə edir.
Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, ərazidə yerüstü və yeraltı keçidlərin olmasına baxmayaraq vətəndaşların relslərdən bu cür istifadə etməsi təəssüfdoğuran haldır:

“Mən inanıram ki, 90 kilometr-saatla hərəkət edən qatar təxminən 2 saniyəyə bizim dayandığımız yerdə olacaq. Hadisə isə 1 dəfə olur. Qarşı tərəfə 3 saniyəyə qaçmaq mümkündür? Qatar həmin döngədə görünəndə, onun gəldiyi sürətlə hesablasaq, bu hissədən keçəni vuracaq. Qatar üstünə gələndə o hiss-həyəcanı yaşayana, beyninə siqnal ötürüb bu yoldan qaçıb keçənə qədər artıq iş işdən keçir”.
Nəsrəddin Alməmmədovun sözlərinə görə, elə məsələlər var ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi onlardan xüsusilə narahat olur:
“Bəzi insanlar dəmiryol xətlərinin ətrafındakı çəpərləri qırmaqla yanaşı, hətta relsləri qulağında qulaqlıq, başını aşağı salıb telefona baxaraq keçir. Ona görə də bu cür qəzalar qaçılmaz olur”.
Səfər
Yol polisi skuteri cərimə meydançasına saldı – Sürücüdən ŞOK BƏHANƏ - VİDEO
Qaydaları pozan sürücü avtomobillə kafeyə girdi – 2 nəfər ağır xəsarət aldı - VİDEO
Dəmiryol xətləri ətrafındakı qanunsuz tikililər; mübarizə davam edir – VİDEO
Skuterlə qəzaya düşən 41 yaşlı kişi öldü – Başı asfalta dəyib... - VİDEO
Dəmir yolu keçidlərindən necə istifadə edilməlidir? – İZAH - VİDEO
Xanım sürücü motosikletə yol vermədi; 160-la gedən bayker öldü - FOTO - VİDEO
Bu küçədə "manatlıq" taksilər özbaşınalıq edir - Nəzarət yoxdur - VİDEO
“Coca-Cola"nın maşını təhlükə yaratdı - Qapısı yola düşdü - VİDEO
Polis əməkdaşları qadını küçə itlərindən belə xilas etdi - VİDEO
Polis təqib etdiyi maşını arxadan vurdu; sürücü atəş açdı – İki ölü, çoxlu yaralı... - VİDEO
“Lapatka” ilə avtomobillərə hücum edib 5 maşına ziyan vurdu – Cinayət işi açıldı - VİDEO










