Bir il əvvəl düzənlik idi, indi nəhəng metro deposudur – Dərnəgüldə böyük DƏYİŞİKLİK – VİDEO

Bu gün Bakı Metropoliteni üçün mühüm əhəmiyyət daşıyan “Dərnəgül” elektrik deposunda II mərhələ üzrə işlərin tamamlanması və ilk xətt qatarının qəbulu ilə bağlı mediatur keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə media nümayəndələri ilə yanaşı, nəqliyyat ekspertləri də iştirak edib. Mediatur çərçivəsində “Dərnəgül” elektrik deposunda görülən işlərlə tanışlıq olub, ərazidə yaradılan infrastruktur və yeni obyektlər barədə məlumat verilib.
Nəqliyyat eksperti Elməddin Muradlı da depo ərazisində görülən işlərlə yerində tanış olub. Ekspert burada qısa müddət ərzində böyük həcmdə işlərin həyata keçirildiyini bildirib.
“Ötən il biz bura gələndə sadəcə düzənlik, boş bir ərazi idi. Müəyyən işlər görülmüşdü, amma bu gün artıq burada nəhəng inzibati bina, dəmir yolu xətləri və bütöv bir depo kompleksi yaradılıb. Bir il ərzində görülən işlər, doğrudan da, fantastikdir”, – deyə Elməddin Muradlı bildirib.
Ekspert qeyd edib ki, layihənin həyata keçirilməsində Bakı Metropolitenində çalışan əməkdaşların böyük əməyi var. Ərazidə müşahidə və idarəetmə strukturları, inzibati binalar və digər zəruri infrastruktur obyektləri yaradılıb.
Burada metropolitendə çalışan hər bir insanın çox böyük zəhməti var. Keçən il bura yalnız düzənlik, boş bir sahə idi. Bu gün isə tamamilə başqa mənzərə ilə qarşılaşırıq. İşlərin demək olar ki, böyük hissəsi görülüb. Buraya çox böyük vəsait yatırılıb, çox böyük insan əməyi sərf olunub.
Elməddin Muradlı “Dərnəgül” deposunun Bakı Metropoliteninin inkişafı baxımından əhəmiyyətli layihələrdən biri olduğunu qeyd edib. O bildirib ki, layihənin tam istifadəyə verilməsi paytaxtda metro nəqliyyatının imkanlarının genişləndirilməsinə və sərnişindaşımada yeni mərhələnin başlanmasına töhfə verə bilər.
“Əminəm ki, çox yaxın vaxtlarda metroya yeni bir nəfəs gələcək. Dərnəgül deposunda və stansiyasında həqiqətən çox möhtəşəm işlər görülüb. Bu layihə metronun inkişafı və Bakıda sürətli sərnişindaşımaların daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə Elməddin. Muradlı əlavə edib.
Eltac Zülfüqaroğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












