Bu yoldakı lyuklar sürücüləri boğaza yığıb - VİDEO

Paytaxtın Azadlıq prospektində, daha dəqiq desək prospektin sağ hərəkət hissəsində yolun bərbad halda olması ilə bağlı bir neçə sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, prospektin əsas hərəkət hissəsindən sağa Süleyman Sani Axundov küçəsinə dönmək mümkün deyil. Çünki orada hərəkət düzünə təşkil edilib. Sürücülər sağa dönmək üçün öncədən Cəfər Xəndan küçəsilə kəsişmədən sağ hərəkət hissəsinə keçməli olurlar.
Lakin yolun asfalt örtüyünün bərbad vəziyyətdə olması sürücülərə ciddi çətinlik yaradır. Bundan əlavə, kanalizasiya qapaqlarının asfalt səviyyəsi ilə eyni olmaması səbəbindən avtomobillərin təkərləri çuxurlara düşür. Yolda belə qapaqların sayının çox olması sürücüləri onlardan yayınmaq üçün gah sağa, gah da sola qəfil manevrlər etməyə məcbur edir. Bu isə digər hərəkət iştirakçıları üçün qəza riskini xeyli artırır.
Sürücülər yaranmış bu vəziyyətin aradan qaldırılması üçün aidiyyəti qurumlardan asfalt örtüyünün dəyişdirilməsini xahiş edirlər.
Fərid
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












