Dəmir yoluna sahibsiz buraxılan heyvanlar qatarla belə TOQQUŞDU - REAL GÖRÜNTÜLƏR

Dəmir yollarında nəzarətsiz buraxılan heyvanlar və ehtiyatsız davranış təhlükəsizliyi riskə atır, ciddi fəsadlara səbəb olur. Bu ilin yanvar-fevral aylarında sahibsiz buraxılan təsərrüfat heyvanları dəfələrlə qatarların hərəkətinə maneə törədib və qatarla heyvanın toqquşması ilə nəticələnmiş 7 hadisə baş verib. “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Avtosfer.az-a verilən məlumata əsasən, ötən il isə 43 dəfə qatar dəmir yolu ətrafında sahibsiz buraxılmış heyvanla toqquşub.
Bu cür hadisələr nəticəsində
- qatar təcili tormozlama edir;
- qatarda olan insanlar qorxu və stres yaşayır;
- qrafikdə gecikmələr yaranır;
- qatar zərər görür;
- heyvanlar tələf olur;
- heyvan sahibləri Azərbaycan qanunvericiliyinə uyğun olaraq cərimələnirlər.
Bir daha xatırladırıq ki, dəmir yollarında təhlükəsizlik qaydalarına əməl etmək hər kəsin məsuliyyətidir. ADY dəmir yolu ətrafında yaşayan sakinləri təsərrüfat heyvanlarını nəzarətsiz buraxmamaqla xoşagəlməz hadisələrə səbəb olmamağa çağırır.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












