İtmiş nömrələrlə bağlı bu yenilik tətbiq edilsə... - EKSPERTDƏN HÖKUMƏTƏ TƏKLİF - VİDEO

Oktyabr ayında paytaxtda yağan aramsız yağış nəticəsində bir çox küçə və prospektlər, tunellər su altında qaldı. Bu zaman həmin yağış sularının altında qalan avtomobillərin qeydiyyat nişanları yüngül yapışqan materialla avtomobilə bərkidildiyi üçün qopub düşdü. Xeyli sürücü avtomobilinin qeydiyyat nişanını itirdiyi ilə bağlı social şəbəkələrdə elanlar paylaşdı. Bu vəziyyətdən sui-istifadə edənlər tapılan nömrələri avtomobil sahiblərinə satmağa başladı.
Avtosfer.az xəbər verir ki, ötən həftə avtomobillərin nömrələrini oğurlayaraq daha sonra fərqli ölkə ərazisindən nömrə sahiblərinə zəng edərək pul tələb edən dəstə polis əməkdaşlarının keçirdikləri tədbir zamanı saxlanılıblar.
Saytımızın sosial şəbəkə hesabında həm itirilmiş nömrələr, həm də son hadisə ilə bağlı şərh verən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, avtomobilinin qeydiyyat nişanını itirən sürücülər polisə itən, oğurlanan nömrə ilə bağlı ərizə ilə müraciət edir və bu zaman 30 gün ərzində nömrə tapılarsa, sürücüyə qaytarılır: “Əgər tapılmasa, yeni nömrə almağa ehtiyac yaranacaq. Mən isə təklif edirəm ki, artıq itirilmiş, oğurlanmış nömrələrlə bağlı sürücüləri əziyyətə salmaq lazım deyil. Belə nömrələrlə əlaqədar sürücüyə simvolik cərimə yazılsa, yaxud əlavə bir cərimə tərtib olunsa, məsələn, 30-40-50 manat. Nömrənin kateqoriyası əsasında da bu cərimə tənzimlənə bilər. Sosial şəbəkələrdə elanlarda görürük ki, bəzi qeydiyyat nişanlarını 50 minə belə satırlar. O nömrəni alan adam 100-200 manat cəriməni də ödəyib yenidən əldə etmək istəyəcək. Bu halda həm dövlət büdcəsinə ödəniş təmin olunur, həm da sürücülər qeydiyyat nişanı ilə bağlı problem yaşamır”.
Elməddin Muradlının sosial şəbəkələrdə şərh etdiyi həmin vidoenu sizə təqdim edirik:
Səfər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












