Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO

Son dövrlər avtomobillərə saxta dekorativ aksesuarların quraşdırılması halları artmaqdadır.
Avtosfer.az xəbər verir ki, avtomobil eksperti Şahin Göyləroğlu bu mövzuya münasibət bildirərək belə halları tənqid edib.
Ekspert bildirib ki, bəzi sürücülər avtomobildə heç bir texniki funksiyası olmayan, sadəcə yapışqan formasında quraşdırılan saxta lidar və oxşar aksesuarlar yerləşdirirlər. Onun sözlərinə görə, bu cür elementlər nə təhlükəsizliyə xidmət edir, nə də avtomobilin texniki göstəricilərinə hər hansı təsir göstərir.
“Four Seasons”un yerində hansı tarixi bina olub? – MEMAR AÇIQLADI - FOTOSESSİYA
Şahin Göyləroğlu qeyd edib ki, əvvəllər də oxşar hallar müşahidə olunurdu. Belə ki, bəzi sürücülər avtomobillərə real funksiyası olmayan antenalar quraşdırır, bunu texniki üstünlük kimi təqdim etməyə çalışırdılar. Ekspert vurğulayıb ki, həmin dövrdə də bu cür əlavələrin avtomobilə heç bir real faydası olmayıb.Onun fikrincə, saxta lidar və oxşar aksesuarların quraşdırılması daha çox görüntü xatirinə edilir və bu, düzgün yanaşma deyil. “Əsl lidar sistemindən istifadə edə bilməyən və ya buna ehtiyacı olmayan şəxslərin saxta variantlara yönəlməsi anlaşılmazdır”, – deyə ekspert bildirib.
Şahin Göyləroğlu sürücülərə çağırış edərək qeyd edib ki, hər kəs bu cür aksesuarları quraşdırmazdan əvvəl özünə sual verməlidir: bunun məqsədi nədir və hansı real faydanı verir? Onun sözlərinə görə, mənasız aksesuarlar həm maddi itkiyə səbəb olur, həm də sürücülərdə yanlış avtomobil mədəniyyəti formalaşdırır.
Ekspert əlavə edib ki, avtomobilə edilən hər bir əlavə düşünülmüş və məqsədyönlü olmalıdır. Əks halda bu, sadəcə lazımsız xərc, görüntü naminə atılmış səhv addım olaraq qalır.
Sonda Şahin Göyləroğlu vurğulayıb ki, sürücülər yalnız funksional, təhlükəsizlik və rahatlıq təmin edən avadanlıqlara üstünlük verməli, mənasız aksesuarlar və saxta texniki elementlərdən uzaq durmalıdırlar.
Eltac Zülfüqaroğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












