Mühərrikin dövrəsi 4.000-dən yuxarı niyə qalxmır? – SAHİL USTA AÇIQLADI - FOTO

Avtomobil idarə edən hər bir kəs yolda olduğu qədər də, bəzən yerində mühərrikin davranışlarını yoxlayır.
Avtosfer.az xəbər verir ki, çoxları üçün adi görünən bir hal var: sürücü qaz pedalını sona qədər bassada, takometrin göstəricisi 4 min dövrdən yuxarı qalxmır. İlk baxışdan bu, mühərrikin qorunma sistemi, yanacaq sərfiyyatı və ya sürətlər qutusu ilə bağlı sadə bir məhdudiyyət kimi görünə bilər. Amma əslində, bu vəziyyətin arxasında həm təhlükəsizlik məqsədilə qoyulan texniki məhdudiyyətlər, həm də avtomobildə yarana biləcək nasazlıqlar dayana bilər.
.jpg)
Məsələ ilə bağlı Sahil Ağabəyli saytımıza bildirib ki, yanacaq nasosunun zəif işləməsi və ya filtrin tutulması mühərrikin tələb olunan qədər yanacaq ala bilməməsinə gətirib çıxara bilər. Bu da onun gücünü azaldır və yüksək dövrlərə qalxmasına mane olur:
“Digər tərəfdən, sürətlər qutusunda texniki nasazlıq olduqda ötürmələr tam gücü mühərrikdən təkərlərə ötürə bilmir və nəticədə avtomobil dördüncü sürətə keçmir. Lakin maraqlı məqam odur ki, avtomobil hərəkətsiz vəziyyətdə olarkən qaz pedalına basıldıqda mühərrik dövrlərinin 4.000-dən yuxarı qalxması mümkündür. Bu avtomobilin texniki imkanlarının olduğunu göstərir, amma burada da diqqət edilməli bir nüans var. Zavod istehsalçıları avtomobilin hərəkətsiz halda yüksək dövrlərdə işlədilməsini qadağan edirlər. Çünki mühərrik bu vəziyyətdə həddindən artıq yüklənir, yağ dövriyyəsi normal olmur və müxtəlif detallara ciddi zərər dəyə bilər”.
Fidan
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












