Nağd taksi sifarişi problemi bitir; “Bolt” tətbiqində yeni funksiya aktivləşib - VİDEO

Son illərdə vətəndaşların taksilərlə bağlı ən çox şikayət etdiyi məsələlərdən biri kartla sifariş verdikləri zaman sürücülərin imtina etməsidir. Sürücülər müxtəlif bəhanələrlə müştəriyə zəng edib sifarişdən imtina etməsini istəyir. Hansısa ünvana tələsən müştəri isə ya başqa taksi sifariş verməli olur, ya da başqa taksi tətbiqinə keçid edir. Bu problem bəzən taksi şirkətlərinin müştəri itirməsinə də gətirib çıxarır.
Avtosfer.az xəbər verir ki, “Bol” şirkəti qeyd edilən problemin həlli ilə bağlı “Bolt” şirkəti artıq tətbiqin yeni funksiyasını sürücülərin xidmətinə verib. Nəqliyyat eksperti Elməddin Muradlı şirkətin təqdim etdiyi yeni funksiyanı saytın sosial şəbəkə hesablarında canlı yayım zamanı şərh edib. O bildirib ki, sürücülər uzun müddətdir kart sifarişinə toplanan pulları vaxtında nağdlaşdıra bilməməsindən narazılıq edirdi.

“Şirkətin yeni funksiyası ilə sürücülərlə sərnişinlər arasında yaranan bu problemin də qarşısı alınacaq. Şirkət yaydığı açıqlamada bildirib ki, “Bolt”un əsas məqsədi tətbiq vasitəsilə həm xidmət göstərən sürücülər, həm də sərnişinlər üçün təhlükəsiz və rahat səfər təmin etməkdir.
Məsələn, sürücülər üçün “Bolt” şirkəti Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən tərəfdaş sürücülər üçün “Erkən Nağdlaşdırma” funksiyasını aktiv edib. Bu yenilik sayəsində sürücülər qazandıqları vəsaiti həftəlik ödənişi və hesablaşmanı gözləmədən, gündəlik olaraq bank kartları vasitəsilə əldə edə bilirlər. Beləliklə, kartla ödənilən məbləği də sürücü gündəlik olaraq öz bank hesabından və ya ona bağlı bank kartından çıxara bilir. Hal-hazırda sürücülərin bank kartı sifarişlərini rədd etmək üçün heç bir əsaslı səbəbləri yoxdur. Sürücülər gündəlik olaraq Bolt platforması üzərindən qazandıqları vəsaiti birbaşa bank kartı vasitəsilə əldə edə bilirlər.
Tətbiqdə kateqoriyaların yenilənməsi və təkmilləşdirilməsi də vacibdir. Sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün müxtəlif kateqoriyalar mövcuddur.
Şirkətin belə bir funksiyanı aktivləşdirməkdəki məqsədi sürücülərin sərnişinlərə xidmət etmələrinin qarşısını almaqdır. Buradan sərnişinlərə, vətəndaşlara da çağırış edirəm ki, əgər hansısa sürücü sizə nağd sifarişi ləğv etməklə bağlı narazılıq etsə, ona “Bolt”un artıq kart sifarişlərini erkən nağdlaşdırmaq imkanı verdiyini bildirin".
Səfər
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO











