Orijinal ehtiyat hissələrini saxtadan necə fərqləndirmək olar? – EKSPERT NÜMUNƏLƏRLƏ İZAH ETDİ - VİDEO

Azərbaycanda müstəqillik illərindən indiyə qədər avtomobil ehtiyat hissələri bazarında qarışıqlıq hökm sürür. Müstəqillikdən əvvəl törəyən bu qarışıqlığın səbəbi isə Sovet dövründən ölkəyə imperiyanın dostluq etdiyi ölkələrdən gətirilən qeyri-orijinal ehtiyat hissələri idi. Bu gün isə artıq Azərbaycan 35 ilə yaxındır müstəqildir. Lakin bəzi sahibkarlar hələ də ölkəyə və onun vətəndaşlarına zərbə vurmağa davam edir. Yenə də hansısa ölkələrdə saxta üsullarla istehsal edilən sex malları, keyfiyyətinə zəmanət verilməyən ehtiyat hissələri Azərbaycana gətirilir. Həm də necə? Orijinal ehtiyat hissələri ilə eyni görünüşə sahib qablaşdırmada.

Belə olan halda da sürücülər orijinal ehtiyat hissəsini qeyri-orijinaldan ayırmaqda çətinlik çəkir.
Avtosfer.az xəbər verir ki, sürücülərin qarşılaşdığı müəmma ilə bağlı avtomobil istehsal edən şirkətlərin rəsmi dilerləri dəfələrlə məlumatlandırma tədbirləri keçirir. Elə biz də, Avtosfer.az saytı olaraq bu mövzuda dəfələrlə məlumatlandırıcı materiallar təqdim etmişik.
Nəqliyyat eksperti Elməddin Muradlı “Toyota” satış mərkəzlərindən birində olub. Mərkəzdə qeyri-orijinal və orijinal ehtiyat hissələrini fərqləndirmək üçün kiçik bir guşə təşkil edilib. Guşədə nümayiş edilən nümunələrlə bağlı ekspert bildirib ki, qeyri-orijinal ehtiyat hissələri də “Toyota” loqosu ilə satışa çıxarıılır:

“Benzin filterlərində orijinalla qeyri-orijinalı ayırd etmək mümkündür. Qeyri-orijinal filterin görünüşü bir qədər fərqlidir. Onun qırmızı ucluğu var. Orijinal filterin üzərində isə sarı rəngdə holoqram var. Hava filterlərində isə rəngdə fərqi görmək olur. Qeyri-orijinal hava filterinin rəgni qismən solğundur. Ümumilikdə isə bu məhsulları bir-birindən fərqləndirmək sürücülər üçün çox çətindir. “Toyota” şirkəti bu problemlə qlobal şəkildə mübarizə aparır. Çünki bir avtomobil brendinin adından bazara saxta məhsullar daxil olur. Azərbaycanda Əqli Mülkiyyət Agentliyi var və “Toyota” bu istiqamətdə qeydiyyatdan keçib. Ehtiyat hissələrinin “Toyota” adı altında satılması yalnız bu şirkətin özündədir. Buna baxmayaraq, bazarda hələ də şirkətin loqosu ilə qeyri-orijinal ehtiyat hissələri satılır. Şirkət bu məsələ iə əlaqədar qlobal şəkildə mübarizə apardığı üçün belə sahibkarları tapır və məhkəməyə verir. Belə hallar rəsmi dilerlərə qarşı sürücülərin inamını zədələyir.

Qeyri-orijinal ehtiyat hissələrinin tərkibində fərqli materiallardan istifadə edilir. Bu hissələrin istismarı nəticəsində eyni zamanda həm ekologiyaya, həm avtomobilə, həm də tormoz məsafəsinə mənfi təsir yaranır. “Toyota” şirkətinin rəsmi saytında qeyri-orijinal və orijinal əyləc qəliblərinin istifadə zamanı hansı formada deformasiyaya uğraması ilə bağlı video yerləşdirilib. Bu videoda ehtiyat hissəsinin daha doğru deformasiyaya uğraması göstəririlir.
Ehtiyat hissələri satılan mağazaya gedəndə satıcı qarşımıza eyni məhsulun 3 çeşidini qoyur: firma, sex və orijinal versiyalar. Hamısı eyni qablaşdırmada, şirkətin rəsmi loqosu ilə. Biz sürücülər bu çeşidləri fərqləndirə bilmirik”.
Elməddin Muradlı sonda qeyd edib ki, sürücü orijinal ehtiyah hissəi ala bilmək üçün ya servisə müraciət etməlidir, ya da vicdanlı sürücü ilə rastlaşmağa ümid etməlidir.
Səfər
Yeniyetmədən təhlükəli “şou”: Əks yola çıxıb velosipedin təkərini göyə qaldırdı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO
Əks yola çıxıb qarşıdan gələn sürücüyə qorxulu anlar yaşatdı - 90-OG-543 - VİDEO
Qubada qayda pozan sürücü az qala qəza törədəcəkdi - ANBAAN VİDEO
Hövsanda motosiklet sürücüsündən “ölüm şousu”: Az qala yük maşınına çırpılacaqdı - VİDEO
“Range Rover” sürücüsündən təhlükəli hərəkət: Maşını qapısı açıq sürdü - 90-AZ-173 - VİDEO
Oturacağı yandırdılar, saqqız yapışdırdılar – Sürücü sərnişinlərin avtobusda nə etdiklərini paylaşdı – VİDEO
Bakıda qadın azyaşlı uşağı motosikletdə belə apardı – TƏHLÜKƏLİ ANLAR - VİDEO
Bu ərazidə yolun yaş olması təhlükə yaradır – Yük maşını az qala qəzaya düşəcəkdi - VİDEO










