Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO

Xankəndidə şəhərin simasını dəyişən genişmiqyaslı infrastruktur quruculuğu davam edir. Nəqliyyat sisteminin yenilənməsi, yeni yolların salınması, tunellərin inşası və mövcud yol şəbəkəsinin müasirləşdirilməsi şəhərin gələcək inkişafında mühüm rol oynayır. Həyata keçirilən layihələr təkcə Xankəndidə nəqliyyatın rahatlığını və təhlükəsizliyini artırmağı deyil, həm də şəhərin regionun müasir nəqliyyat xəritəsindəki mövqeyini gücləndirməyi hədəfləyir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat layihələri arasında Xankəndi–Şuşa–Laçın avtomobil yolu xüsusi yer tutur. Uzunluğu 34 kilometr olan yolun yenidən qurulması çərçivəsində 2 körpü və 4 tunelin inşası nəzərdə tutulub. Layihədə uzunluğu 440 və 1100 metr olan iki tuneldə qazma işlərinin aparıldığı, digər 540 və 300 metrlik tunellərin də layihəyə daxil edildiyi barədə bir müddət əvvəl məlumat vermişdik.

Şəhərin digər mühüm nəqliyyat arteriyalarından biri Ağdam-Əsgəran-Xocalı-Xankəndi yoludur. 33,6 kilometr uzunluğunda olan yolun yenidən qurulması çərçivəsində 5 körpünün, 2 keçidin və digər mühəndis qurğularının inşası nəzərdə tutulub. Yolun istifadəyə verilməsi Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçına hərəkəti daha rahat və sürətli etməklə yanaşı, bölgənin turizm və iqtisadi potensialına da təsir göstərəcək.
Xankəndiyə səyahətə gedən nəqliyyat eksperti, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı şəhərə gedən yollarda görülən işlər barədə məlumat verib. O qeyd edib ki, Xankəndiyə gedən bütün yollarda müxtəlif layihələr həyata keçirilir və texnikalar fasiləsiz işləyir. “Şuşadan Xankəndiyə gələn yol genişləndirilir. Yolun məhz bu hissəsində tikilən nəhəng tunel Laçından Xankəndiyə uzanan marşrutu daha da qısaldacaq. Bu tuneldən ən iri yük maşınları belə keçə bilər. Bu, cənab Prezident İlham Əliyevin nəhəng nəqliyyat-logistika siyasətinin bir parçasıdır. Bu tuneldən solda Şuşa şəhərinin girişində biz bir neçə il əvvəl dekabr ayında ekoloji aksiyaya başlamışdıq. Aksiyanın iştirakçılarından biri də mən idim. Hər dəfə kədər dolu baxışlarla həmin hissədən Xankəndi şəhərinə baxırdıq. Düşünürdük ki, görəsən, biz nə vaxtsa Xankəndiyə gedə biləcəyikmi?! Biz bu gün artıq Xankəndidəyik. Şəhərin girişində yollar, nəqliyyat infrastrukturu barədə danışırıq”.
Elməddin Muradlı onu da vurğulayıb ki, hazırda Xankəndidə həyata keçirilən bütün layihələr Prezident İlham Əliyevin şəxsən nəzarəti altındadır və ona tez-tez görülən işlər barədə məruzə olunur:

“Elə bir diqqətdən qaçan məqam yoxdur ki, həmin məsələlər həyata keçirilən layihələrdə öz həllini tapmasın. Belə tunellər Qarabağ ərazisində bir deyil, yüzlərlə olacaq. Zəngilandan Qubadlıya doğru uzanan yolda da Laçına daha tez çatmaq üçün artıq tunellər tikilir. Biz həmin yolu Zəngəzur dəhlizi adlandırırıq. Dəhlizin möhtəşəmliyini həmin tunellər daha da bəzəyəcək. Eyni tunellər Kəlbəcərə gedən yolların da marşrutunun qısalmasına gətirib çıxaracaq. Yəni, Qarabağın hansı bölgəsinə gediriksə nəhəng yol layihələri qarşımıza çıxır. Xocalıya doğru uzanan yolda da genişləndirmə işləri aparılır. Sizə təqdim etdiyim görüntülərdən də məlum olur ki, yollar hazırda 2 zolaqdan ibarətdir. Lakin Cənab Prezidentin göstərişi ilə layihjədə çəkilməsi nəzərdə tutulan yeni yollarda zolaqların sayı 4 olacaq - yəni 2 zolaq gediş, 2 gəliş. Genişləndirilən yollarla birlikdə artıq bu yollarda həm daha sürətli hərəkəti təmin edəcək. Əksəriyyəti tunellərdən keçərək digər yol şəbəkələri ilə birləşəcək”.
Ekspert işğal dövründə və daha əvvəlki illərdə Qarabağdakı bir çox rayon və şəhərlərin yalnız bir giriş-çıxışı olması məsələsinə də toxunub. O bildirib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, bütün rayon və şəhərlərdə azı 2 giriş və çıxışın olması xüsusuna daha da diqqətli yanaşılır.
Səfər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO


















