Qaydaları tərsinə anlayan sürücü motosikletçi ilə mübahisə etdi - VİDEO

Paytaxtda iki sürücü arasında yaranan dialoq kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, Təbriz küçəsi ilə hərəkətdə olan motosiklet sürücüsü Firdovsi Məmmədov küçəsinə dönərkən dayanaraq piyada keçidindən istifadə edən qadına yol verib.
Bu zaman arxadan gələn 77-LZ-145 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobilin sürücüsü siqnal verərək motosiklet sürücüsündən hərəkəti davam etdirməsini istəyib. Daha sonra motosikletçi avtomobilin yanına yaxınlaşaraq siqnal verilməsinin səbəbini soruşub. “Volkswagen” sürücüsü “Yol sənindir, piyadaya qırmızı işıq yanırdı” sözlərini deyib.
Motosiklet sürücüsü isə cavabında həmin ərazidə piyada keçidinin işıqforla nizamlanmadığını, bu səbəbdən dönmə manevri zamanı piyadaya yol verməyin zəruri olduğunu bildirib.
Qeyd edək ki, sözügedən ərazidə piyada keçidi işıqforla tənzimlənmir. Qanunvericiliyə əsasən, nəqliyyat vasitəsi dönmə manevri etdikdə piyada keçidindən istifadə edən piyadaya yol verməlidir.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












