Qızları avtomobilə yığıb avtoxuliqanlıq etdi – Polis saxladı - VİDEO

Yol polisi avtoxuliqanlıq edən sürücünün avtomobilinə atəş açaraq saxlayıb.
Avtosfer.az xəbər verir ki, Rusiyanın Xabarovsk diyarında baş verən hadisə polis avtomobilinin kamerası tərəfindən anbaan qeydə alınıb.
Məlumata görə, 18 yaşlı gənc 14 və 16 yaşlı iki məktəbli qızı avtomobillə şəhər küçələrində gəzməyə çıxarıb. Bir müddət sonra ərazidə xidmət göstərən yol polis əməkdaşları sənədləri yoxlamaq məqsədilə nəqliyyat vasitəsinə "dayan" işarəsi veriblər, lakin gənc sürücü sürəti artıraraq ərazidən uzaqlaşmağa çalışıb. Polisin təqib və xəbərdarlıqlarına məhəl qoymayan "şoumen" sürücünün təhlükəli yürüşünə yalnız təkərə açılan atəşdən sonra son qoyulub. Güllə hədəfə dəydikdən sonra avtomobil dayandırılıb.
Hadisə nəticəsində autoxuliqan saxlanılaraq polis bölməsinə aparılıb. Avtomobildə olan yeniyetmə sərnişinlər barəsində müvafiq protokollar tərtib edilib və onlar ailələrinə təhvil veriliblər. Hadisə ilə bağlı araşdırma aparılır.
Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












