“Sea Breeze”də Azərbaycanda ilk Təhlükəsizlik Konfransı keçirildi – “Bolt”dan AÇIQLAMA - VİDEO

“Bolt” şirkəti “Sea Breeze Resort”da Azərbaycanda ilk Təhlükəsizlik Konfransını təşkil edib.
Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı məlumat verib. O qeyd edib ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, o cümlədən Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), AZCON, İqtisadiyyat Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), sürücü tərəfdaşlar, tələbələr iştirak edərək yol təhlükəsizliyi və təhlükəsizlik standartlarının inkişafı mövzularını müzakirə ediblər.
“Konfransın əsas məqsədi Azərbaycanda yol təhlükəsizliyi sahəsində maarifləndirməni artırmaq, dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirmək və təhlükəsiz mobillik standartlarının inkişafına töhfə vermək olub. Tədbirin moderatorları “Bolt”un Regional Dövlət əlaqələri üzrə Meneceri Yuliya Maliç və “Bolt for Business” üzrə Baş Meneceri Salman Babazadə olublar.
Tədbirin açılışında çıxış edən “Bolt”un Dövlət əlaqələri üzrə Direktoru Tom Tuksvort (Tom Tuxworth) şirkətin təhlükəsizlik və uyğunluq sahəsində həyata keçirdiyi təşəbbüslərdən danışıb.
Tom Tuksvort çıxışında Azərbaycanda tətbiq olunan təhlükəsizlik həllərinə də toxunub. Bildirilib ki, “Bolt” platformasında hər səfər sürücünün selfi təsdiqi ilə başlayır, bütün səfərlər real vaxt rejimində izlənilir və həm sürücülər, həm də sərnişinlər üçün tətbiqdaxili SOS funksiyası mövcuddur.
“Bolt”un təqdim etdiyi məlumata görə, platformadakı səfərlərin 99.9%-i heç bir təhlükəsizlik insidenti qeydə alınmadan tamamlanır. Şirkət həmçinin qeyd edib ki, tətbiqdaxili təhlükəsizlik funksiyalarından istifadə davamlı olaraq artır. Hazırda sərnişinlərin təxminən yarısı səfər paylaşımı funksiyasından istifadə edir, 400 mindən çox istifadəçi “etibarlı əlaqə şəxslər” funksiyasını aktivləşdirib, audio səfər qeydi funksiyasının istifadəsi isə 40%-dən çox artıb.
Azərbaycan Milli Avtomobil Klubunun (AMAK) prezidenti Vüsal Rəcəbli isə çıxışında yol təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, sürücü davranışları və maarifləndirmənin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən AZCON-un Sistem direktoru Samir Əliyev yol təhlükəsizliyi sahəsində mövcud çağırışlardan və sürücülərin gündəlik qarşılaşdığı problemlərdən danışıb.
Tədbir çərçivəsində “Qlobal Platformalarda təhlükəsizlik” adlı sessiya keçirilib. Sessiyada “Bolt” nümayəndəsi Ketrin Merser (Katherine Mercer), qadın sürücü Gülnaz Kazımzadə, “AmCham” Təchizat Komitəsinin sədr müavini Paşayeva Maarifə və AMAK direktoru Vüsal Rəcəbli təhlükəsizliyi müzakirə ediblər.
Çıxışı zamanı Maarifə Paşayeva “Bolt”un Azərbaycanda istifadəyə verdiyi “Video müşahidə” təhlükəsizlik həlli barədə də məlumat verib. Bu xidmət çərçivəsində sərnişinlər səfərin 360 dərəcəlik videosunu real vaxt rejimində yaxınları ilə paylaşa bilir. Xüsusi təhlükəsizlik komandası isə səfərləri izləyərək fövqəladə hallarda operativ reaksiya göstərir.
Konfrans çərçivəsində “Bolt Azərbaycan”ın Baş meneceri İlkin Zeynallı və “Sabah.Hub” İnnovasiya Mərkəzinin İdarə heyətinin üzvü Orxan Abbasov arasında memorandumun imzalanması da elan olunub. Əməkdaşlıq çərçivəsində innovasiya, təhsil və təhlükəsizlik istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.
Konfrans zamanı 2025-ci il üzrə ən peşəkar və təhlükəsiz xidmət göstərən sürücü tərəfdaşlar “Bolt Academy” çərçivəsində mükafatlandırılıb. Eyni zamanda, yol təhlükəsizliyi mövzusunda təşkil olunan tələbələrarası müsabiqədə fəal iştirak edən tələbələrə sertifikat və hədiyyələr təqdim olunub”.
Səfər
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO
Əks yola çıxıb qarşıdan gələn sürücüyə qorxulu anlar yaşatdı - 90-OG-543 - VİDEO
Qubada qayda pozan sürücü az qala qəza törədəcəkdi - ANBAAN VİDEO
Hövsanda motosiklet sürücüsündən “ölüm şousu”: Az qala yük maşınına çırpılacaqdı - VİDEO
“Range Rover” sürücüsündən təhlükəli hərəkət: Maşını qapısı açıq sürdü - 90-AZ-173 - VİDEO
Oturacağı yandırdılar, saqqız yapışdırdılar – Sürücü sərnişinlərin avtobusda nə etdiklərini paylaşdı – VİDEO
Bakıda qadın azyaşlı uşağı motosikletdə belə apardı – TƏHLÜKƏLİ ANLAR - VİDEO
Bu ərazidə yolun yaş olması təhlükə yaradır – Yük maşını az qala qəzaya düşəcəkdi - VİDEO
Bir il əvvəl düzənlik idi, indi nəhəng metro deposudur – Dərnəgüldə böyük DƏYİŞİKLİK – VİDEO
















