Sovet dövründə Azərbaycanda piyada intizamı belə idi - VİDEO

Bu gün sovet dövrü barədə danışarkən yaşlı nəsil 2 şeyi xüsusi vurğulayır: güclü təhsil və tərbiyə (nizam-intizam). Deyilənlərə inananlar arasında gənc nəslin nümayəndələri də çoxdur. Bəs bütün bunlar reallıqdır, yoxsa iddia?
Sovet təhsilinin güclü olması deyildikdə ilk ağlıma gələn bu olur: anama 1975-ci ildə Xarici Dillər İnstitutunda tədris edilən fransız dilinin qrammatikası dərsi ilə mənim 1995-ci ildə keçdiyim qrammatika birəbir eyni idi. Halbuki, anamın ixtisası fransız dili müəllimi, mənimki isə tərcüməçilikdir. 20 ildə heç bir yeniliyin olmamasının inkişaf, yoxsa reqressiya olduğunu müəyyən etməyi hörmətli oxucunun ixtiyarına buraxıram (obyektivlik naminə deməliyik ki, bu uzunmüddətli “sabitliyə” Fransada təhsil alıb qayıtmış müstəqil Azərbaycanın gəncləri son qoydular).
İndi gələk, nizam-intizam məsələsinə. Tərbiyə təkcə ağsaqqal kultuna hörmət, “bəli”, “xeyir”lə danışmaqla ölçülmür. Yaxşı tərbiyənin bir göstəricisi də qanunlara, ilk növbədə yol hərəkəti qanunvericiliyinə əməl etməkdir. Bəs yol hərəkəti qaydalarına Azərbaycan SSR-də kim necə əməl edirdi?
70-80-ci illərə aid sənədli filmlərə baxdıqda hər şey qaydasındadır. Arabir milis reyd keçirib bəzi qayda pozanları cərimələyirdi, vəssalam.
Lakin bu yaxınlarda qarşıma çıxan video 80-ci illərin Bakısındakı real vəziyyəti daha dəqiq əks etdirir. O dövrün məşhur müğənnilərindən Züleyxa Mirismayılovanın “Yaşa həyat, yaşa arzum” mahnısına çəkilmiş klipinin ilk 1 dəqiqəsinə fikir verin: yolu necə gəldi keçən, qaçan, maşınların arası ilə irəliləyən piyadalar, düz xətdən dönən, son anda dönən, digərinin yoluna çıxan, dönmə işığı yandırmayan, tində park edilən avtomobillər. 1 dəqiqəlik kadrlarda onlarla qayda pozuntusu tapmaq mümkündür.
Klipin 1.50-ci dəqiqədən sonrakı hissəsində uzaq planda yenə də intizamsız piyadaları görmək mümkündür. Avtomobillərin də hərəkətə xaotikdir, bir neçəsinin şüşəsilənləri yoxdur. Bu günün Bakısında cərgə ilə hərəkət edə bilməyən sürücülər görünür avtomobil idarə etməyi 70-ci illərdə sürücülüyə başlamış babalarından öyrəniblər.
3.30 dəqiqəlik klipdə həm sürücülərin, həm də piyadaların saysız-hesabsız qayda pozduğu göz qabağındadır. Bizcə, bu xəbərdən sonra gənclərimiz Sovet Azərbaycanı ilə bağlı deyilənlərə başqa prizmadan baxacaqlar.
Maraqlıdır, görəsən QLAVLİT niyə bu klipdəki “sovet əxlaqına zidd” məqamları görməyib.
Vüqar Yaşaroğlu
Sürücü avtomobilini qorumaq üçün canını heçə saydı - VİDEO
Metrostansiyalara giriş niyə dayandırılıb? – RƏSMİ AÇIQLAMA - VİDEO
Bakıda kobud qayda pozan və qadını təhqir edən sürücü CƏZALANDIRILDI - VİDEO
Plazanın qarşısında eyni mənzərə: Səfirlik avtomobilləri dayanacağı zəbt edib - VİDEO
Oğurladıqları avtomobillə polisdən qaçan şəxslər qəzaya düşüblər - VİDEO
Kürdəmirə yola düşən ilk sürət qatarı region üçün hansı imkanları yaradacaq? – AÇIQLAMA - VİDEO
Qırmızıdan keçən avtomobil dayanacaqda sərnişini vurdu - VİDEO
Xocəsəndə “drift şou”: “Mercedes” az qala qaz xəttinə çırpılırdı - VİDEO
Qısqanc qadın ərini qardaşlarına döydürdü - VİDEO
Yol polisini kapotda sürüyən vəsiqəsiz şəxs film kimi hadisə törətdi - VİDEO
AYNA bir dayanacaqla gündəlik 20 mindən artıq sərnişinin daşınmasını necə təşkil edir? - EKSPERT RƏYİ – VİDEO








