Söyüş üstündə dava; iki maşının arasında qalan sürücünü döydülər - VİDEO

Sürücü tıxacda ona söyüş söyən şəxsi döyüb. Avtosfer.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş verən hadisənin görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb.
Belə ki, şəhərin Esenyurt rayonunda tıxacda qalan iki sürücü naməlum səbəbdən mübahisə edib və bir-birini söyməyə başlayıb. Sürücülər müəyyən məsafədən sonra nəqliyyat vasitələrini saxlayıblar. Sürücülərdən biri avtomobilindən düşərək digər sürücünün yanına gedib. Qəzəbli şəxs söyüş söydüyü sürücünün maşını ilə başqa avtomobilin arasında sıxışaraq qalıb. Digər sürücü isə bundan istifadə edərək onu vurmağa başlayıb. Döyülən şəxs onu buraxması üçün yalvarmağa başlasa da, döyən sürücü buraxmayıb. Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə polis əməkdaşları gəlib. Polis bölməsinə aparılan iki sürücü bir-birindən şikayətçi olublar.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












