Sürücü evakuatorun işıqlarının yandırılmasına üsyan etdi: “Bunu gərək adam özü başa düşə” - VİDEO

Paytaxtda evakuator sürücüsünün hərəkəti digər yol istifadəçilərinin haqlı narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, evakuatorun arxasında heç bir yük olmadığı halda yanıb-sönən işıqlarını açıq saxlaması arxadan gələn sürücüləri çaşdırıb və yolda narahatlıq yaradıb.
Şahidlərin sözlərinə görə, evakuator sürücüsünün işıqları yolda hərəkət edənlərin gözünə düşərək onların diqqətini yayındırıb, bu isə qəza şəraitinə səbəb ola biləcək təhlükəli vəziyyət yaradıb. Qaydalarla yalnız xüsusi vəziyyətlərdə və yük daşıdığı halda istifadə edilməli olan siqnal işıqlarının səbəbsiz yerə yandırılması sürücülər tərəfindən “öz işindən sui-istifadə” kimi qiymətləndirilib.
Mütəxəssislər bildirirlər ki, bu cür məsuliyyətsiz davranış digər hərəkət iştirakçılarının çaşqınlıq keçirməsinə, sürət və məsafə rejiminin pozulmasına, nəticə etibarilə qəzaların baş verməsinə yol aça bilər. Qanunvericiliyə əsasən, xüsusi işıq siqnallarından yalnız zəruri hallarda istifadə olunmalı və bu, digər hərəkət iştirakçılarının təhlükəsizliyini təhdid etməməlidir.
Eltac Zülfüqaroğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












