Sürücülük vəsiqəsi və texniki baxış talonu elektron qaydada veriləcək? – EKSPERT AÇIQLADI - VİDEO

Baş nazir Əli Əsədovun imzaladığı qərarla bağlı sürücülər arasında çaşqınlıq yaranıb. Belə ki, sosial şəbəkələrdə yeni qərardan sonra həm sürücülük vəsiqəsinin, həm də avtomobilin texniki baxışdan keçirilməsi ilə bağlı sənədin əldə edilməsinin onlayn formada mümkünlüyü barədə fikirlər yaranıb.
Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı yaranmış çaşqınlığıın aradan qalxması üçün mövzunu şərh edib. O bildirib ki, sürücülük vəsiqəsi üçün imtahan qaydalarında və maşının texniki baxışdan keçirilməsi ilə bağlı qaydalarda hansısa dəyişiklik yoxdur:

“Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"yə dəyişiklik edib.
Qərara əsasən, nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər. Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin talonun təqdim edilməsinə bərabər tutulacaq.
Bununla yanaşı, "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"yə də dəyişiklik edilməsi ilə Baş nazir tərəfindən qərar imzalanıb. Qərara əsasən, bundan sonra sürücülük vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Sürücülük vəsiqəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin vəsiqənin təqdim edilməsinə bərabər tutulacaq.
Burada söhbət nədən gedir? Məsələn, indiyə qədər siz şəxsiyyət vəsiqənizdən Elektron Hökumət protalı vasitəsilə istifadə edə bilirdiz. Yəni hansısa idarəyə, müəssisəyə gedərkən sizdən şəxsiyyət vəsiqənizi tələb edirdilər, siz də “e-gov.az” sistemindən vəsiqnizi təqdim edə bilirdiz. Bununla da məsələ həllini tapırdı. İndi eyni qayda sürücülük vəsiqələrinə də aid edilir. Yeni qərarı bir az sadə dildə izah etsəydilər, daha yaxşı olardı. Bu gündən artıq sürücülük vəsiqəsindəki məlumatlar Elektron Hökumət İnformasiya sistemi üzərindən də təqdim edilə bilər. Siz həmin məlumatları əldə edib, yaxud çap edib kiməsə təqdim edə bilərsiz, göstərə bilərsiz. Yəni, sizin sistem üzərindən göstərdiyiniz sürücülük hüququ haqqında məlumatlar sürücülük vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq. Daha aydın dildə desək, sizin sürücülük vəsiqənizi göstərməyinizlə telefondan təqdim etməyiniz eyni mənaya gəlmiş olacaq. Eyni məsələ texniki baxışla bağlı olan qərara da aiddir. Texniki baxışla bağlı məlumatları Elektron Hökumət İnformasiya Sistemindən əldə edə biləcəksiz. Hətta texniki baxışın müddəti ilə bağlı da portal vasitəsilə məlumat ala biləcəksiz. Eyni məsələ “AsanPay”da da var. Kimin “AsanPay”da hesabı varsa, o bu tətbiqdən istifadə edə biləcək. Əslində ciddi bir dəyişiklik yoxdur. “Sürücülük vəsiqələri ilə bağlı yenilik” başlığı ilə məlumat yayırlar, adamlar da elə bilir ki, qaydalarda nəsə dəyişiklik var. Hansısa pos-terminalın qabağında durub düymələri basanda vəsiqə ala biləcəyik. Xeyr, belə bir şey hələ ki yoxdur. Texniki baxışdan avtomobilin keçirilməsi qaydalarında da hansısa dəyişiklik nəzərdə tutulmayıb”.
Səfər
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO
Maşını avtonom rejimdə nəzarətsiz qoyub şou göstərirlər – Ekspert sürücüləri TƏNQİD ETDİ - VİDEO











