Taksi sürücüsü sərnişinə əxlaqsız təklif etdi, qaydaları pozdu - VİDEO

Taksidə sərnişinə qarşı qeyri-etik təkliflər edən şəxs müəyyən olunub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, həyata keçirilən tədbirlərlə həmin sürücünün N.Abdullayev olması müəyyən edilib.
O, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində hüquqi məsuliyyət tədbirləri görülür.
***15:16
Taksi sürücüsü sərnişinə qarşı qeyri-etik münasibət göstərib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə iddianın yer aldığı görüntülər sosial şəbəkədə paylaşılıb. Sərnişin paylaşımında qeyd edib ki, əvvəlcədən ailəli olduğunu söyləsə də, sürücü münasibət qurmağa cəhd edib: "Mənimlə Azərbaycan və rus dilində, işarələrlə qarışıq danışmağa başladı, üstəlik, bir neçə dəfə ön oturacaqda əyləşməyimi istədi.
Puldan söhbət gedən hissədə məndən çaypulu istədi. Taksi üçün 14 manat ödəmişdim, amma o dedi ki, "Biz uzağa gedirik, mənə də 5 manat saxla". Mən isə dedim ki, yanımda artıq pul yoxdur. Buna cavab olaraq dedi: "Axı sənin ərin var, qoy o versin".
Ünvana çatanda isə sağollaşmaq bəhanəsi ilə əlimi sıxmaq istədi. Amma bununla kifayətlənmədi, fürsətdən istifadə edib mənə toxundu. Belə vəziyyətlərdə, adətən, şok keçirirəm, ona görə də istər-istəməz gülümsəyərək reaksiya verirəm. Hadisəni videoya çəkməyimin səbəbi də baş verənləri başqalarına göstərmək və bunun uydurma olmadığını sübut etməkdir. Belə hallar baş verməməlidir. Xüsusilə də qadın əvvəlcədən ailəli olduğunu dediyi, söhbətdə maraqlı olmadığını açıq şəkildə bildirdiyi halda".
Məsələ ilə bağlı "Bolt" taksi şirkətindən bildirilib ki, şirkətin əsas məqsədi sərnişinlər və tərəfdaş sürücülər üçün rahat, təhlükəsiz və keyfiyyətli xidmət təmin etməkdir: "Platforma üzərindən qəbul edilmiş sifarişlərin məsafəsindən və ya ödəniş üsulundan asılı olmayaraq yerinə yetirilməsi gözlənilir. Sürücünün sərnişindən əlavə ödəniş tələb etməsi, sifarişi ləğv etməsini xahiş etməsi, əsassız səbəbdən sifarişi ləğv etməsi, sərnişinə qarşı qeyri-peşəkar davranması, o cümlədən narahatlıq yaradan şəxsi suallar verməsi və ya hər hansı digər uyğunsuz davranış nümayiş etdirməsi platformanın qaydalarına ziddir və qəbuledilməzdir. Bu kimi hallarla qarşılaşan sərnişinlərdən hadisə barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Daxil olan hər bir müraciət araşdırılır və qaydaların pozulduğu təsdiqləndiyi hallarda müvafiq tədbirlər görülür.
"Bolt"un dəstək xidməti daxil olan bütün müraciətləri araşdırır. Şikayət təsdiqləndiyi təqdirdə sürücü ilə əlaqə saxlanılır, bu hallar onun reytinqinə təsir göstərir və təkrarlanarsa, hesabın deaktiv edilməsinə qədər tədbirlər görülə bilər.
Qeyd etmək istərdik ki, "Bolt" sürücülərlə mütəmadi olaraq kommunikasiya aparır, onlara platforma qaydaları, müştəri məmnuniyyətinin əhəmiyyəti və peşəkar xidmət standartları barədə məlumatlar təqdim edir. Məqsədimiz həm sərnişinlərin rahatlığını və təhlükəsizliyini, həm də platformada göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə saxlamaqdır".
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO
Əks yola çıxıb qarşıdan gələn sürücüyə qorxulu anlar yaşatdı - 90-OG-543 - VİDEO
Qubada qayda pozan sürücü az qala qəza törədəcəkdi - ANBAAN VİDEO
Hövsanda motosiklet sürücüsündən “ölüm şousu”: Az qala yük maşınına çırpılacaqdı - VİDEO
“Range Rover” sürücüsündən təhlükəli hərəkət: Maşını qapısı açıq sürdü - 90-AZ-173 - VİDEO
Oturacağı yandırdılar, saqqız yapışdırdılar – Sürücü sərnişinlərin avtobusda nə etdiklərini paylaşdı – VİDEO
Bakıda qadın azyaşlı uşağı motosikletdə belə apardı – TƏHLÜKƏLİ ANLAR - VİDEO
Bu ərazidə yolun yaş olması təhlükə yaradır – Yük maşını az qala qəzaya düşəcəkdi - VİDEO
Bir il əvvəl düzənlik idi, indi nəhəng metro deposudur – Dərnəgüldə böyük DƏYİŞİKLİK – VİDEO











