Tam yeni “Toyota Hilux” artıq Azərbaycandadır – Pikap seqmentində yeni dövr - VİDEO

Orta hesabla hər on ildən bir pikap seqmentində bir dövr başa çatır və yenisi başlayır. Bu keçid hər dəfə yeni Toyota Hilux modelinin təqdim olunması ilə başlayır. “Toyota”nın bu əfsanəvi pikapının istehsalına 1960-cı illərin sonlarından başlanılıb. Həmin dövrdən bu yana Hilux özünü bütün meyarlar üzrə doğrultmağı bacarıb. Dünya üzrə 27 milyon ədəddən çox satış rəqəmi ilə o, avtomobil tarixinin ən ikonik və ən çox satılan modellərindən birinə çevrilib.
Bu il Toyota tamamilə yeni, doqquzuncu nəsil Hilux modelini təqdim edib və avtomobil artıq Azərbaycandakı hər üç rəsmi Toyota dilerində – Toyota Bakı, Toyota Abşeron və Toyota Gəncə mərkəzlərində satışa çıxarılıb. Avtomobilin təqdimatı və test sürüşü Gürcüstanda baş tutdu. Azərbaycandan da bir qrup nümayəndənin iştirak etdiyi test yürüşündə maraqlı anlar yaşandı. Hilux-un yolsuzluq şəraitində idarə olunması tamam başqa zövq yaşatdı. Raça bölgəsinin əsrarəngiz dağlıq ərazilərində sınaqdan keçirilən pikapın hava limanı ərazisində də yoxlanışını həyata keçirdik. Daxili və xarici tərtibatında yeniliklər edilən Hilux yenə də diqqəti cəlb etməyi bacardı. Ötürmələr pilləsindəki rahatlıq daha çox diqqət çəkdi. Çünki mexaniki ötürücü qutuda ən vacib element məhz budur.
Uzun illərdir ki, Toyota Hilux Azərbaycanın müxtəlif relyeflərinə mükəmməl şəkildə uyğunlaşmağa qadir olduğunu nümayiş etdirib və bu reallıq dəyişilməz olaraq qalır. Yeni Hilux sevilən bütün xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, həm mexaniki, həm də texniki cəhətdən hərtərəfli təkmilləşdirilib. Ən əsası isə odur ki, doqquzuncu nəsil Hilux tamamilə yeni texnologiya və rahatlıq səviyyəsinə yüksəlib. Avtomobilin yeni görünüşü öndən baxdıqda sumo güləşçilərinin duruşuna bənzəyir və bu, yapon mühəndislərin yeni fəlsəfi yanaşmasıdır.

Yeni dövr, yeni dizayn
Yeni Toyota Hilux onu əfsanəyə çevirən özəlliklərin heç birindən imtina etmədən, dizayn və texnologiyada tamamilə yeni bir səhifə açır.
Bütün versiyalar ikiqat kabin və dördqapılı kuzov ilə təklif olunur. Ümumi ölçülər və çəki əvvəlki nəsillə demək olar ki, eynidir, lakin eksteryer tamamilə yenidən dizayn edilib. İnteryer isə əsaslı şəkildə modernləşdirilib. Bütün bunlar olduqca yüksək rahatlıq və müasir sürüş təcrübəsi bəxş edir.
Vizual olaraq yeni Hilux dərhal diqqətləri cəlb edir. Onun yenilənmiş ölçüləri və kəskin xətləri daha sərt və inamlı görünüş yaradır. Toyota bu dizayn fəlsəfəsini “Dözümlü və çevik” adlandırır. Bu konsepsiya “Hilux”un uzunmüddətli dözümlülük və etibarlılıq nüfuzunu müasir və dinamik estetika ilə birləşdirir.
Avtomobilin ön hissəsi xüsusilə diqqət çəkir. İncə LED ön faralar üzərində klassik TOYOTA yazısını layiqincə əks etdirən üfüqi panellə birləşir. Yeni altıbucaq dizaynlı radiator, iri bamper, qabarıq təkər tağları və yeni yüngül lehimli disklər pikapın duruşunu daha da gücləndirir.
Tam əminliklə demək olar ki, uzun tarixi boyu “Hilux”un interyeri heç vaxt bu qədər zərif və rahat olmamışdı. Ən sonuncu Land Cruiser modelindən ilhamlanan salon “Toyota”nın yeni dizayn istiqamətini aydın şəkildə əks etdirir.
Bütün versiyalar Apple CarPlay və Android Auto sistemlərini dəstəkləyir ki, bu da sürətli qoşulmanı və Toyota müştərilərinin gözlədiyi sadəliyi təmin edir. Daha yüksək təchizat səviyyələrinə əlavə olaraq smartfonların simsiz şarj edilməsi, quraşdırılmış soyuducu qutu və adaptiv sürət tənzimləyici daxildir.
Mərkəzi paneldə bütün əsas ofroud idarəetmə elementləri, o cümlədən tam ötürücü rejiminin seçilməsi, aşağı ötürücü və arxa diferensialın kilidlənməsi düymələri yerləşdirilib. Panelə həmçinin iki ədəd USB-C portu rahatlıqla inteqrasiya olunub.
Güc aqreqatları, asqı sistemi və yolsuzluq qabiliyyəti
Gürcüstandakı rəsmi təqdimat zamanı yeni Toyota Hilux rəsmi dilerlər tərəfindən iki mühərrik seçimi ilə təklif olunacaq: əvvəlki 2,4 litrlik mühərriki əvəz edən yeni 2,8 litrlik turbo dizel və 2,7 litrlik atmosferik benzin mühərriki.
2,8 litrlik turbo dizel mühərriki 204 at gücü və 420 Nm fırlanma anı hasil edir. Bu mühərrik üç tona yaxın çəkiyə sahib “Hilux”u 0-dan 100 km/saat sürətə təxminən 10 saniyəyə çatdırır. Ortalama yanacaq sərfiyyatı isə 100 km-ə 8-9 litr təşkil edir.
2,7 litrlik atmosferik benzin mühərriki isə 166 at gücü və 245 Nm fırlanma anı hasil edir.
Dizel versiyası 6 pilləli, benzin modeli isə 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz olunub. Hər iki versiya 80 litrlik yanacaq çəninə malikdir.
Avtomobilin 1 ton yükgötürmə qabiliyyəti var. Üstəlik, 3.5 ton ağırlığında qoşqunu da çəkə bilər.
Yolsuzluq qabiliyyəti “Hilux”un ən güclü tərəfi olaraq qalır. Doqquzuncu nəsil model 309 mm yerdən hündürlüyə, 500 mm təkərin şaquli hərəkət diapozonuna, 29 dərəcəlik yaxınlaşma və 24 dərəcəlik arxa uzaqlaşma bucağına sahibdir.
Yeni Hilux 700 mm dərinliyə qədər olan su maneələrini təhlükəsiz şəkildə keçə və ehtiyac yaranarsa, bu şəraitdə 10 dəqiqəyə qədər hərəkətsiz qala bilir. Bütün bu xüsusiyyətlər “Hilux”un ən çətin yolsuzluq şəraitlərinə nə dərəcədə hazır olduğunun göstəricisidir.
Yeni Hilux Artıq Azərbaycandadır
Tamamilə yeni, doqquzuncu nəsil Toyota Hilux artıq Toyota Bakı, Toyota Abşeron və Toyota Gəncə mərkəzlərində satışdadır.
İndi “Toyota”nın rəsmi diler şəbəkəsi vasitəsilə test sürüşünə yazılmaq mümkündür. Əlavə olaraq avtomobilinizi rəsmi diler mərkəzlərində dövri texniki xidmətə həvalə etdikdən sonra istehsalçı zəmanətinizi 10 ilə qədər artıra bilərsiniz.
Bakı-Quba yolundakı qəzaya görə sürücü həbs oluna bilər? – AÇIQLAMA - VİDEO
“Toyota Land Cruiser 300”ün hibrid versiyası möhtəşəmdir – Test yürüşündən qeydlər - VİDEO
30-dan çox cəriməsi olan sürücü əks yola çıxıb qəza törətdi – Özü və ailəsi öldü - FOTO - VİDEO
Mübahisə edən cütlüyün avtomobili binaya çırpıldı - Ər öldü, arvad xəsarət aldı - VİDEO
Avtobus "zebra"da qadını vurub sürüklədi; 26 yaşlı piyada öldü - VİDEO
Parklanma zamanı bu nişanlara diqqət etməyənlər cərimələnə bilər - VİDEO
Qayda pozan sürücünün avtomobili yandı; polis belə xilas etdi - VİDEO
Gecə saatlarında insanları yatmağa qoymayan motosiklet sürücüsü - VİDEO
Əlinə balta alan qadın maşınları əzib yoxa çıxdı – Heç kim yaxınlaşmadı - VİDEO
Biləsuvarda “VAZ” “Ford” toqquşub yandı - Ölən var - FOTO - VİDEO
Bakıda saxta ehtiyat hissələri və paralel idxalın ölkəyə vurduğu zərərlər müzakirə edildi - VİDEO

























