Təkərlər hansı şəraitdə öz keyfiyyətini itirmir? – AVTOEKSPERT AÇIQLADI - VİDEO - FOTO

Avtomobil təkərlərinin düzgün şəraitdə saxlanılması nəinki onların ömrünü uzadır, həm də sürücünün və sərnişinlərin təhlükəsizliyini birbaşa təmin edir.
Avtosfer.az xəbər verir ki, mövsüm dəyişiklikləri ilə birlikdə istifadə olunmayan təkərlərin vəziyyəti tez-tez unudulur və bu da həm texniki, həm də maliyyə baxımından ciddi fəsadlara yol aça bilər. Xüsusilə qış mövsümünün sonu və yay aylarının başlanğıcı ilə bir çox sürücü qış təkərlərini dəyişərək saxlamağa başlayır. Lakin bu proses yalnız təkərləri çıxarıb bir kənara qoymaqdan ibarət deyil.

Məsələ ilə bağlı avtomobil mütəxəssisi Elçin Abbasov saytımıza açıqlamasında bildirib ki, təkərlərin düzgün şəraitdə, uyğun temperaturda saxlanması onların keyfiyyətini qorumaq üçün əsas şərtlərdəndir.
"Təkərlərin düzgün saxlanması onların keyfiyyətini və uzunömürlülüyünü qorumaq üçün vacibdir. İlk növbədə təkərlər qaranlıq yerdə saxlanmalıdır, çünki günəş işığı və ultrabənövşəyi şüalar təkərin materialına zərər verə bilər. İkinci vacib məqam isə saxlanma yerinin temperaturudur. Temperatur normal səviyyədə, təxminən 20°C ətrafında olmalıdır. Havanın rütubəti isə çox aşağı olmamalıdır, təxminən 40-45% olmalıdır. Rütubət çox yüksək də olmamalıdır, çünki bu halda təkərin kodlarına ziyan dəyə bilər".

Mütəxəssis təkərlərin saxlanma formasına da xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb:
"Təkər disklə birlikdə və ya disksiz şəkildə saxlanıldıqda, deformasiya olmaması üçün düzgün formada yerləşdirilməlidir. Əgər təkər deformasiyaya uğrasa, avtomobilə quraşdırıldıqdan sonra hərəkət zamanı səs və narahatlıq yarada bilər. Məsələn, təkər kvadrat formada hərəkət edə bilər ki, bu da sürüş zamanı ciddi problemlərə səbəb ola bilər. Əgər təkər uzun müddət düzgün olmayan şəkildə saxlanılıbsa və formasını itiribsə, onu bərpa etmək çətin ola bilər. Lakin bu mümkündür. Bunun üçün təkəri avtomobilə quraşdırdıqdan sonra əvvəlcə icazə verilən maksimum təzyiqdə saxlanmalıdır. Daha sonra isə təzyiq tədricən normaya salına bilər. Hər bir təkərin maksimal təzyiq göstəricisi onun üzərində yazılır. Bu göstəricilərə əsaslanaraq düzgün təzyiq səviyyəsi müəyyən edilməlidir".
Nəticə etibarilə, avtomobil sahibləri təkərlərin saxlanması qaydalarına əməl etməklə həm öz təhlükəsizliklərini təmin edə, həm də əlavə xərc və risklərin qarşısını ala bilərlər.
Fidan
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












