“Toyota Land Cruiser 300”ün hibrid versiyası möhtəşəmdir – Test yürüşündən qeydlər - VİDEO

Avtosfer TV 24 İyul 2026 18:27
“Toyota Land Cruiser 300”ün hibrid versiyası möhtəşəmdir – Test yürüşündən qeydlər - VİDEO
WhatsApp kanalımıza abunə olun

“Toyota Land Cruiser” modeli illərin sınağından uğurla keçmiş, təhlükəsizlik elementləri yüksək olan və daim yenilənən əfsanəvi modeldir. 75 illik zəngin irsi ilə avtomobil sənayesi tarixinin ən diqqətçəkən üzvlərindən biridir. Bu seriya 70 ildən çoxdur ki, müstəsna yolsuzluq qabiliyyəti, rahatlığı və təhlükəsizliyi ilə nüfuzunu qoruyub saxlamaqla yanaşı, öz seqmentində daim yeni standartlar ortaya qoymağa davam edir. “Land Cruiser” həvəskarı kimi bu avtomobilin tam yeni versiyasını Gürcüstanın Raça bölgəsində test etmək böyük zövq verdi. Bu, sadəcə yenilənmiş versiya deyil, həm də hibrid modelidir. Çoxları düşünə bilər ki, hibrid modeldə mühərrik zəif olar. Amma elə deyil. Şəxsən özüm köhnə modelin benzin mühərrikini yeni hibrid mühərriki ilə müqayisə etmək üçün hər ikisini hava limanı ərazisində yoxladım. Hibrid modelin yerindən tərpənməyini raketlə müqayisə etmək bəlkə də yerinə düşərdi.

Avtomobil 464 at gücü790 Nm fırlanma anına sahibdir ki, bu da onu indiyə qədər istehsal edilmiş ən güclü Land Cruiser versiyasına çevirir.

Nəzərə alın ki, 2026-cı ildə bu əfsanəvi SUV modelinin hekayəsində yeni bir fəsil başlayır. Belə ki, Land Cruiser 300 “Toyota”nın innovasiyalara və qabaqcıl texnologiyalara olan sadiqliyinin göstəricisi olaraq, indi ilk dəfə hibrid mühərriklə təklif olunur. Bu yenilik modelin əfsanəvi dözümlülüyünü və yolsuzluq qabiliyyətini “Toyota”nın qabaqcıl hibrid texnologiyası ilə birləşdirərək “LC300”ü olduqca səmərəli, ekoloji cəhətdən təmiz və prestijli ailə SUV-sinə çevirir.

İlk elektrikləşdirilmiş Land Cruiser “Toyota”nın Çoxyönlü İnkişaf (Multi-Path) strategiyasının bir hissəsidir. Bu strategiya müştərilərin fərdi ehtiyaclarına və Azərbaycan da daxil olmaqla hər bir bazarın xüsusi tələblərinə uyğunlaşdırılmış müxtəlif mühərrik seçimləri təklif etməyi hədəfləyir.

Yeni sistem paralel hibrid konfiqurasiyasında işləyən elektrik mühərriki ilə 3,5 litrlik “twin-turbo V6” benzin mühərrikini birləşdirir.

Güc və fırlanma anındakı bu önəmli artım sayəsində Land Cruiser 300 Hibrid nəzərəçarpacaq dərəcədə daha inamlı performans nümayiş etdirir. Aradakı fərq 3,3 litrlik dizel versiyası ilə müqayisədə qaz pedalının reaksiyasının 40%-ə qədər yaxşılaşması və 6,4 saniyə ərzində 0-dan 100 km/saata sürətlənməsi ilə aydın şəkildə nəzərə çarpır.

Bu heyranedici performansa baxmayaraq, LC300 Hibrid modeli yüksək səmərəliliyini qoruyur. Onun orta yanacaq sərfiyyatı 100 km-ə təxminən 10 litr təşkil edir. Sırf elektrik rejimində 30 km/saat sürətə qədər hərəkət qabiliyyəti isə səmərəliliyi daha da yaxşılaşdırır.

Benzin mühərriki ilə elektrik mühərriki arasındakı keçidlər, eləcə də 10 pilləli avtomat sürətlər qutusunun ötürücü dəyişmələri tamamilə hiss olunmadan baş verir. Elektrik mühərriki daxili yanma mühərriki ilə sürətlər qutusu arasında yerləşdirilib. Hibrid sistem isə sürücünün müdaxiləsi olmadan mühərrikin işini, elektrik rejimində sürüşü, hibrid dəstəyini və regenerativ tormozlamanı avtomatik idarə edir.

Yeni Land Cruiser 300 Hibrid Azərbaycanda üç komplektasiyada təqdim olunur: VX, ZX və GR SPORT. Hər bir versiya beşyerlik salona malikdir və premium rahatlığı əfsanəvi yolsuzluq qabiliyyəti ilə birləşdirir.

Yeni Land Cruiser 300 Hibrid seriyası dünyanın ən çətin şəraitli ərazilərində geniş sınaqlardan keçib. “Toyota”nın bu sistemin inteqrasiyası zamanı əsas məqsədi isə “Land Cruiser”in əfsanəvi yolsuzluq performansına heç bir mənfi təsirin göstərilməməsi olub.

Buna nail olmaq üçün hibrid akkumulyator sistemi tam qorunub və bu, avtomobilin 700 mm dərinliyə sahib su maneələrini keçmə qabiliyyətini qoruyub saxlamasına imkan verib.

Land Cruiser 300 Hibrid həmçinin “Toyota”nın ən son yolsuzluq texnologiyaları ilə təchiz olunub.

Dünyanın ilk hibrid Toyota Land Cruiser 300 modelini yaxından görmək, test sürüşü etmək, sifariş vermək və satın almaq üçün artıq Azərbaycandakı hər üç rəsmi Toyota dilerinə – Toyota Bakı, Toyota Abşeron və Toyota Gəncə mərkəzlərinə müraciət edə bilərsiniz.

Elməddin Muradlı

 

FOTO QALEREYA
Oxunub : 498
ŞƏRH YAZ
Ad

E-mail

Şərh