Yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni əməkdaşlıq dövrü başlayır – “Bolt”dan AÇIQLAMA - VİDEO

Son illər ölkəmizdə yol hərəkəti təhlükəsizliyi mövzusunda bir sıra layihələr həyata keçirilir. Bu cür layihələri vaxtaşırı və aktiv şəkildə həyata keçirən şirkətlərdən biri məhz “Bolt Azərbaycan”dır.
Avtosfer.az xəbər verir ki, “Bolt”Azərbaycanda taksi fəaliyyətinin inkişafı istiqamətində uzun illərdir önəmli addımlar atır. Bu addımlar arasında taksi sürücülərinin maarifləndirilməsi ilə yanaşı, onlara müxtəlif ideyalar üzrə dəstəklərin göstərilməsi proqramlarının həyata keçirilməsi də yer alıb.
Şirkət bu dəfə də yol hərəkəti təhlükəsizliyinin təminatı istiqamətində yeni əməkdaşlığa başlayıb. Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı məlumat verib. O qeyd edib ki, “Bolt” yol təhlükəsizliyi, dayanıqlı mobillik və müasir nəqliyyat həllərinin inkişafı istiqamətində əməkdaşlığı gücləndirmək məqsədilə Azərbaycan Milli Avtomobil Klubu ilə (AMAK) Anlaşma Memorandumu imzalayıb. Azərbaycan Milli Avtomobil Klubu (AMAK) və “Bolt Azərbaycan” Memorandum hər iki tərəfin Azərbaycanda daha təhlükəsiz yol mühitinin formalaşdırılması, məsuliyyətli yol hərəkəti mədəniyyətinin təşviqi və mobillik sahəsində innovativ yanaşmaların dəstəklənməsi istiqamətində ortaq öhdəliyini əks etdirir.

“Biz bu tərəfdaşlığı dəstəkləyirik. Yol hərəkəti təhlükəsizliyində hər kəsin müəyyən öhdəliyi var. “Bolt”un da AMAK-la birlikdə bu cür tədbir həyata keçirməsi alqışlanmalıdır. Mən digər qurumları, taksi şirkətlərini, bütövlükdə nəqliyyat şirkətləri – daşıyıcılar, yükdaşıma, sığorta, bank və digər müəssisələr bu məsələyə ciddi yanaşmalıdırlar. Təhlükəsizliklə əlaqədar maarifləndirmə hər birinizin işidir. Qanunvericiliyə əsasən, sığortadan yığılan pulların 1 faizi, təqribən 1 milyon manatı bu cür tədbirlərin keçirilməsinə xərclənməlidir. Amma bunu etmirlər”.
Şirkət açıqlamasında bildirib ki, əməkdaşlıq çərçivəsində tərəflər yol təhlükəsizliyi üzrə maarifləndirmə kampaniyaları, tədqiqat və məlumat əsaslı təhlillər, təlim proqramları, korporativ avtoparkların təhlükəsizliyi, eləcə də innovativ mobillik həllərinin inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər.
“Bununla yanaşı, dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın inkişaf etdirilməsi və şəhər mobilliyi sahəsində yeni tendensiyalar üzrə dialoqun təşviqi də əməkdaşlığın əsas istiqamətləri sırasında olacaq.
Bolt uzunmüddətli dövrdə yol təhlükəsizliyini şirkətin əsas prioritetlərindən biri kimi müəyyən edib və bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçirir. Şirkət tətbiq daxilində təhlükəsizlik funksiyalarını davamlı inkişaf etdirməklə yanaşı, “Bolt Akademiyası” vasitəsilə sürücülərin peşəkar hazırlığını dəstəkləyir. Bu günədək Azərbaycanın beş şəhərində 3 000-dən çox sürücü Bolt-un maliyyə dəstəyi ilə peşəkar hazırlıq keçərək sertifikat əldə etmək imkanı qazanıb.

Bundan əlavə, Bolt məktəblər və universitetlər üçün təşkil olunan "Yol Təhlükəsizliyi" (Road Safety) proqramları çərçivəsində regionlarda maarifləndirici sessiyalar keçirərək uşaq və gənclərdə təhlükəsiz yol davranışı ilə bağlı biliklərin artırılmasına töhfə verir”.
Həmin videonu sizə təqdim edirik:
Səfər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












