Ziya Bünyadovda sürücülərin cərimələnməsinə səbəb olan yol nişanıyla bağlı AÇIQLAMA - VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində quraşdırılmış avtobus zolağı nişanları sürücülərdə çaşqınlıq yaradır.
Avtosfer.az-ın məlumatına görə, sürücülərdən biri bu barədə “Facebook” sosial şəbəkəsində paylaşım edib. Belə ki, sözügedən ərazidə təşkil olunmuş birinci və ikinci avtobus zolağı nişanında yalnız ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verən vaxt aralığı 07:00-dan 10:00-a və 17:00-dan 21:00-a kimi göstərilib. Lakin biraz irəlidə quraşdırılmış üçüncü məlumat lövhəsində vaxt dəyişdirilərək 07:00-dan 21:00-a kimi qeyd olunub. Paylaşım edən şəxs bu mənzərəni sürücülərə “tələ” kimi qiymətləndirərək problemlə bağlı aidiyyəti qurumlara müraciət olunduğunu açıqlama bölməsində qeyd edib.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi polis kapitanı Toğrul Nəsirli bildirib ki, sözügedən yolda iki hərəkət zolağı olduğu üçün yarana biləcək sıxlıqların qarşısının alınması məqsədilə digər nəqliyyat vasitələrinin müəyyən edilmiş vaxt aralığında avtobus zolağına daxil olaraq hərəkət etməsinə icazə verilir: “Lakin müəyyən məsafədən sonra nəqliyyat vasitələrinin hərəkəti üçün zolaqlarının sayı 5 olduğundan avtobus zolağının qüvvədə olmasını bildirən əlavə məlumat lövhəciyində müddət fərqlidir. Bu baxımdan da yol nişanınlarının tələblərinə uyğun olaraq sürücülər zolağı dəyişməlidirlər”.
Toğrul Nəsirli əlavə olaraq bildirib ki, sürücülərin sözügedən yol nişanından əvvəl və sonra zolağı dəyişə bilməsi üçün müvafiq nişanlanma xətləri də mövcuddur.
Əlavə olaraq nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, həmin ərazidə zolaqların çox olması səbəbindən nişanlar fərqli quraşdırılıb və bu, uzun müddətdir tətbiq edilən bir rejimdir: “Görünür, bəzi sürücülər hələ də diqqətsizlik edərək nişanlara fikir vermirlər. Amma nəzərə almaq lazımdır ki, iki zolaqlı yollarda məhdudiyyət daha az, çox zolaqlı yollarda isə məhdudiyyət daha çox qoyulur“.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












