Benzin mühərrikli maşına dizel töksəniz nə baş verər?

Yanacaq doldurarkən edilən kiçik bir səhv avtomobil üçün ciddi problem yarada bilər. Xüsusilə də benzinlə işləyən maşına dizel yanacağının tökülməsi mühərrikdə nasazlıqlara səbəb ola bilər.
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, dizel və benzin tam fərqli xüsusiyyətlərə malik yanacaqlardır. Benzin mühərrikləri yüksək alışma sürəti ilə işlədiyi halda, dizel daha ağır və gec alışan yanacaqdır. Buna görə də benzin maşınına dizel töküldükdə mühərrik normal işləyə bilmir.
Əgər az miqdarda dizel əlavə olunubsa, avtomobildə titrəmə, güc itkisi, tüstü və mühərrikin sönməsi kimi hallar yaşana bilər. Böyük həcmdə dizel doldurulduqda isə yanacaq sistemi və şamlar zədələnə bilər.
Mütəxəssislər bildirirlər ki, belə hal baş verərsə avtomobili işə salmadan dərhal servisə müraciət etmək lazımdır. Çünki mühərrik işə düşərsə, dizel bütün yanacaq sisteminə yayılaraq problemi daha da böyüdə bilər.
Qeyd edək ki, dizel mühərrikli avtomobilə benzin tökülməsi isə daha ağır nəticələrə səbəb ola bilər. Bu zaman yanacaq nasosu və injektorlar ciddi zərər görə bilər.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












