Çin avtomobillərinin dilerləri müflisolma həddində, istehsalçılar qətiyyən narahat deyil

Ukrayna müharibəsi başladıqdan sonra Rusiyada məlum səbəblərdən Çin maşınlarına tələbat ciddi şəkildə artdı. Bunun səbəbləri barədə dəfələrlə yazdığımız üçün təkrar xatırlatmaya ehtiyac görmürük. İndi isə vəziyyət dəyişib.
Avtosfer.az xəbər verir ki, son aylarda Çin maşınlarından imtina edənlərin sayı kəskin artıb. Başlıca səbəb keyfiyyət və servisdir. Rusiyalı sürücülər elementar detalları əldə etməkdə çətinlik çəkirlər. Qərb və Yaponiya modellərinə vərdiş etmiş rusları isə Çin avtomobilləri razı salmır. İndi işə məhkəmələr qarışıb.
Rusiya qanunvericiliyinə görə, alındıqdan 15 gün ərzində ciddi istehsalat qüsuru olan avtomobil geri qaytarıla bilər. Həmçinin, rəsmi servisdə 45 gündən çox yubanan, yaxud il ərzində nasazlıq ucbatından 30 gündən çox sürülməsi mümkün olmayan avtomobil də dilerə qaytarıla bilər.
Rusiya saytları yazır ki, federasiyada satılan əksər Çin markalarının 50 faizindən çoxunda zəmanət müddətində ciddi qüsurlar aşkarlanıb. Halbuki, Qərb və Yaponiya modellərində bu göstərici heç vaxt 10 faizi aşmayıb.
Qanunvericiliyin bu tələbindən istifadə edən ruslar maşınları kütləvi sürətdə geri qaytarırlar. Hazırda Rusiya məhkəmələrində bu məsələ ilə bağlı 10 mindən çox mülki iddia baxılmasını gözləyir.
İşin maraqlı tərəfi isə çinli istehsalçıların yanaşmasıdır. Dilerlər təmir və geri alış xərclərini öz vəsaitləri hesabına ödəyirlər. İstehsalçılar isə bu zərəri qarşılamağa tələsmir.
Bu vəziyyət qarşısında artıq bir çox şirkət Çin maşını satmaqdan imtina edir.
Belə olan halda bir sual da ortaya çıxır: necə olur ki, MDB məkanı Çin maşınlarını kütləvi pislədiyi halda, Avropada onlardan ciddi narazılıq yoxdur. Daha ətraflı məlumat aşağıdakı linkdə:
Vüqar Yaşaroğlu
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










