Dizel mühərrikli avtomobillər qadağan edilir? - VİDEO

Təxminən altı il əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi dizel avtomobillərdən istifadənin mərhələli şəkildə məhdudlaşdırılacağını bildirmişdi. Hazırda bəzi Avropa ölkələri də dizel mühərrikli avtomobillərdən imtina etməyə hazırlaşır.
Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA
Bəs ölkəmizdə bu istiqamətdə hansı işlər görülür?
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Azərbaycan Avropa İttifaqının üzvü olmadığı üçün ölkəyə dizel mühərrikli avtomobillərin idxalına hər hansı bir məhdudiyyət qoyulmayacaq:
"Baxmayaraq ki, biz avtomobil seqmentində Avropa spesifikasiyasına aidik, amma Avropa İttifaqının üzvü deyilik və bizim ölkəmizdə, təbii ki, dizel mühərrikli avtomobillərin idxalı zamanı hər hansı bir məhdudiyyət olmayacaq".
Bu gün ölkəmizə gətirilən hibrid, "plug-in" hibrid, benzin və dizel avtomobillərinin gömrük rüsumları arasında heç bir fərq yoxdur.
Ancaq sözsüz ki, benzin, ələlxüsus da dizel mühərrikli avtomobillər havanı daha çox çirkləndirir. Bu mənada sözügedən avtomobillərin gömrük rüsumunda dəyişikliyin edilməsi mümkündürmü?
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev deyir ki, gələcəkdə dizel yanacaq növü ilə çalışan avtomobillərə hər hansı məhdudiyyətin qoyulması gözlənilmir. Çünki Azərbaycanda bir çox idarələrin, müəssisələrin balansında olan avtomobillər məhz dizel mühərrikli maşınlardır:
"Xüsusən də yükdaşımada istifadə olunan iritonnajlı avtomobillər bu tip maşınlar sırasında olduğu üçün bizdə gələcəkdə buna hansısa bir məhdudiyyətin qoyulmasına inanmıram".
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












