Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

Azərbaycanda toy karvanları illərdir davam edən ənənə kimi sevincin nümayişi hesab olunsa da, son dövrlərdə bu adətin yaratdığı yol hərəkəti çətinlikləri və təhlükəsizlik riskləri ciddi narahatlıq doğurmağa başlayıb. Xüsusilə, intensiv nəqliyyat axınının olduğu ərazilərdə uzun avtomobil karvanlarının hərəkəti, səs siqnallarından həddindən artıq istifadə və bəzi hallarda qaydaların kobud şəkildə pozulması həm sürücülər, həm də piyadalar üçün real problemlər yaradır.
Bütün bunlar fonunda cəmiyyətdə bir sual getdikcə daha çox səslənir: toy karvanları ənənə olaraq qorunub saxlanılmalıdır, yoxsa ictimai təhlükəsizlik naminə bu adətə hüquqi məhdudiyyətlər tətbiq edilməlidir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-ın suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, toy karvanları ilə bağlı yol polisinə dəfələrlə müraciətlər edilib, maarifləndirici sosial çarxlar və animasiyalar hazırlanıb.
Onun sözlərinə görə, tövsiyələrə əsasən toy karvanında 6-dan artıq avtomobilin iştirakı məqsədəuyğun sayılmır.
“Bəzən 15-20 avtomobil toy karvanına qoşulur. Bu isə yollarda ciddi sıxlıq yaradır. Üstəlik, karvanda avtoxuliqanlıq edən, müxtəlif təhlükəli şoular nümayiş etdirən sürücülər də olur. Bu cür davranışlar həm qanun pozuntusudur, həm də insanların həyatını riskə atır”.
Ekspert sosial şəbəkələrdə yayılan son görüntülərə də toxunaraq qeyd edib ki, bəzi sürücülər kilometrlərlə məsafəni avtomobili arxa istiqamətdə idarə edərək qət edir ki, bu da son dərəcə məsuliyyətsiz və təhlükəli hərəkətdir:
“Bu, fəxr olunası hal deyil. Toy mərasimi sevincli hadisədir və qəzasız, bəlasız başa çatmalıdır. Təəssüf ki, bəzi insanlar bunu hələ də düzgün qiymətləndirmir. Bu məsələdə yalnız hüquqi tədbirlər deyil, həm də ictimai nəzarət və ailə institutunun rolu vacibdir. Valideynlər və ağsaqqallar prosesə müdaxilə etməli, gənclərə düzgün istiqamət göstərməlidirlər. Toy şənlənmək üçündür, amma təhlükəsizlik hər şeydən önəmlidir. Düşünürəm ki, zamanla bu ənənə ya daha təhlükəsiz formada davam etdiriləcək, ya da tədricən aradan qalxacaq”.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












