Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Son bir həftədə dünyanın əksər bölgələrində güclü daşqınlar və subasmalar olub. Təbii ki, bu hadisələrdən avtomobillər də ciddi zərər görüb. Minlərlə avtomobil selin və subasmanın hədəfi olub. Nəticədə həmin avtomobillər yararsız hala düşüb. Lakin təcrübə göstərir ki, su altında qalan avtomobillər daha sonra xarici ölkələrə ixrac edilir. Çox təəssüf ki, həmin idxalçı ölkələr sırasında Azərbaycan da var.
Bəs, belə halların qarşısını almaq üçün nə etmək lazımdır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, belə bir risk həqiqətən mövcuddur:
“Bu təhlükənin qarşısını almaq üçün hökumət müəyyən addımlar ata bilər. Dünyada baş verən güclü daşqınlardan sonra, məsələn “Hurricane Harvey” və “Hurricane Katrina” kimi hadisələrdən sonra çox sayda su zədəsi almış avtomobil satışa çıxarılıb və başqa ölkələrə ixrac olunub. Bu cür avtomobillər zahirən normal görünsə də, sonradan ciddi texniki problemlər ortaya çıxır. Dövlət idxal zamanı avtomobillərin daha ciddi yoxlanmasını təşkil edə bilər. Xüsusilə, avtomobilin tarixçəsinin beynəlxalq bazalar vasitəsilə yoxlanılması, su zədəsi olub-olmadığının araşdırılması vacibdir. Bundan əlavə, qanunvericiliyə müvafiq dəyişikliklər etməklə texniki baxış qaydaları sərtləşdirilə və su basmış avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyət qoyula bilər”.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












