ASCO bir neçə gəmisini metanol yanacağına keçid məqsədilə retrofit edə bilər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 2027-2030-cu illərdə bir neçə gəmisinin metanol yanacağına keçid üçün retrofit olunmasını nəzərdən keçirir.
Avtosfer.az xəbər verir ki, bunu "Report"a ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli bildirib.
O qeyd edib ki, ASCO-da dayanıqlı inkişaf siyasətinin davamlı yenilənməsi məqsədilə Ekoloji Sosial İdarəetmə (ESG) əlaqələndirmə qrupu təşkil olunub:
"Gəmiçilik ESG-nin tədbirlər planına mühüm məsələləri daxil edib. Buraya emissiyaların azaldılması məqsədilə gəmilərdə konstruktiv dəyişikliklərin və innovasiyaların tətbiqi, gəmilərin sahil enerji xətlərindən istifadəsi, gəmilərdə "EcoPilot" elektron müdaxilə sisteminin tətbiqi, gəmilərin korma hissəsində xüsusi istiqamətləndiricilərin quraşdırılması daxildir".
Direktorun sözlərinə görə, 2030-2040-cı illərdə alternativ yanacaqlardan istifadəyə keçid nəzərdə tutulur:
"Bununla da 2008-ci illə müqayisədə emissiyaların 70-80 %-ə qədər azaldılması hədəflənir. 2040-2050-ci illərdə isə sıfır emissiyalı alternativ yanacaq və texnologiyaların tam tətbiqinə keçid planlaşdırılır".
Ə.Əzizli onu da diqqətə çatdırıb ki, gəmilərdə "Flettner" rotorunun quraşdırılması imkanları da araşdırılır.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











