Azərbaycanda "Orta Dəhliz"in təqdimatı keçiriləcək

Gürcüstan noyabrın 20-də Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı çərçivəsində "Orta Dəhliz"in inkişafına dair hesabatın yüksəksəviyyəli təqdimatını keçirəcək.
Avtosfer.az xəbər verir ki, bunu baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili "İmedi" telekanalının efirində deyib.
"Orta dəhliz baxımından iki il əvvəl Qazaxıstanın Aktau şəhərində razılaşdırılmış yol xəritəmiz var. Bu, hər bir ölkənin infrastrukturun və ümumi idarəetmənin təkmilləşdirilməsi baxımından nə etməli olduğu barədə ətraflı plandır ki, dəhliz öz rəqabət qabiliyyətini qoruyub saxlaması ilə yanaşı, onu daha da artırsın", - Davitaşvili bildirib.
Onun sözlərinə görə, "Orta Dəhliz" marşrutunun inkişafı üçün bir çox istiqamətlərdə işlər aparılır.
Xatırladaq ki, "Orta Dəhliz" Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Avropa ölkələrinə gedən marşrutdur. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəniz və dəmir yolu nəqliyyatı sahəsində aparıcı müəssisələrinin iştirakı ilə yaradılıb.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











