COP29-da qatarlarla 10 mindən çox akkreditasiyalı sərnişin daşınıb

Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qatarlarla ümumilikdə 10 mindən çox akkreditasiyalı sərnişin daşınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmiryol Muzeyində COP29 günlərində fəaliyyət göstərmiş COP29 və ADY könüllüləri ilə görüşdə bildirilib.
Qeyd edilib ki, Azərbaycan Dəmiryol Muzeyi də bu dövrdə fəaliyyətini gücləndirib. COP29 tədbirlərində iştirak etmək üçün Bakıya gələn Çin, Almaniya, İsveçrə, Böyük Britaniya, Braziliya, İrlandiya kimi ölkələrin vətəndaşları muzeyi ziyarət ediblər.
ADY rəhbərliyinin iştirak etdiyi görüşdə ölkənin dünya əhəmiyyətli daha bir tədbirə uğurla ev sahibliyi etdiyi və bu prosesdə könüllülərin böyük əməyi olduğu diqqətə çatdırılıb.
Könüllülərin planetin gələcəyi naminə qlobal dialoqu dəstəkləmək məqsədilə fədakarcasına çalışaraq hər kəsi ruhlandırdığı, COP29-u hər kəs üçün əlçatan etdiyi vurğulanıb.
Qeyd olunub ki, COP29 və ADY könüllüləri noyabrın 11-23-də Abşeron dairəvi marşrutu üzrə stansiya və dayanacaqlarda akkreditasiyalı şəxslərin rahat keçidinə kömək etməklə, onları qatarların hərəkət cədvəli ilə tanış etmək və istiqamətləndirməklə tədbirin uğurla keçməsinə töhfə veriblər.
Sonda ADY adından könüllülərə xatirə hədiyyələri və təşəkkürnamə təqdim edilib.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











