COP29-da QHT-lərin rolu mövzusunda konfrans təşkil edilib - FOTO

2024-cü il noyabrın 12-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Bakı Politoloqlar Klubu” İctimai Birliyi
iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda panel müzakirəsi keçirib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən Avtosfer.az-a verilən xəbərə görə, müzakirələrdə “Davamlı inkişaf və iqlim dəyişmələri”, "Əhalinin ekologiya üzrə maarifləndirilməsi", "Gənclər arasında davamlı inkişaf və ekologiyanın təmiz saxlanılmasının təbliği" kimi mövzular üzrə çıxışlar edilib.
“Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov bildirib ki, bu məsələlər qlobal məzmun kəsb edir və beynəlxalq diqqət tələb edir. Ekspert Elşən Əhmədov dünyada davamlı inkişaf, ekoloji çağırışlar və iqlim dəyişmələri ilə əlaqədar təqdimat edib. Konfransda Azərbaycanın dünyadakı çağırışlarla bağlı yanaşmalarına xüsusi toxunulub.
Panelin yekununda iştirakçıların sualları cavablandırılıb.

Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











