COP29 iştirakçıları üçün bütün ictimai nəqliyyat PULSUZDUR

Bu gündən etibarən COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər üçün ictimai nəqliyyat pulsuzdur.
Avtosfer.az xəbər verir ki, akkreditasiyadan keçən hər kəs, metro, avtobus və dəmiryol nəqliyyatının xidmətindən pulsuz istifadə edəcək. Bu proses noyabr ayının 24-nə kimi qüvvədə olacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatında bildirilib ki, Bakı Dəmiryol Vağzalı və "Koroğlu" dayanacağında COP29 iştirakçıları üçün xüsusi keçid zolağı - "Fast Track" yaradılıb ki, həmin zolaqdan istifadə üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq.
Qeyd edək ki, noyabr ayının 10-dan 22-nə kimi H1 və H2 ekspres avtobusları sərnişinləri hava limanına pulsuz daşıyacaq.
H1 avtobusu 10 dəqiqəlik intervalla metronun "28 May" stansiyası, H2 isə 15 dəqiqəlik intervalla "Əhmədli" stansiyası marşrutları üzrə fasiləsiz və ödənişsiz xidmət göstərəcək.
(oxu.az)
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











