"COP29-un uğurlu nəticələri “Bakı sıçrayışı” kimi tarixə düşüb" - Prezident

Ötən ilin noyabr ayında Bakıda keçirilmiş COP29-un uğurlu nəticələri “Bakı sıçrayışı” kimi tarixə düşüb.
Avtosfer.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı müraciətində, həmçinin xatırladıb ki, 2019-2023-cü illərdə Qoşulmama Hərəkatında uğurlu sədrliyi dövründə Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi ədalətsizliyə qarşı çıxış edib, Hərəkatın beynəlxalq müstəvidə mövqelərinin gücləndirilməsi istiqamətində çalışıb.
“Təqdirəlayiq haldır ki, Qlobal Cənub QHT platformasının təsis konfransı bu il məhz Bakıda baş tutmuşdur. Eyni zamanda COP29-un sədri qismində Qlobal Cənub ölkələrinin iqlim gündəliyi ilə bağlı baxışlarının təşviqi, ən az inkişaf etmiş ölkələrin, xüsusilə də kiçik ada dövlətlərinin ehtiyaclarının təmin edilməsi prioritetlərimiz arasında yer almışdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











