Fransız avtomobil saytı COP29-dan bunu yazdı

COP29 12 Noyabr 2024 11:52
Fransız avtomobil saytı COP29-dan bunu yazdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya mətbuatının baş xəbəridir. Təbii ki, söhbət ətraf mühitin mühafizəsindən gedirsə, avtomobillər də yaddan çıxa bilməz.

Avtosfer.az ekoloji təmiz avtomobillərə həsr edilmiş “automobile-propre.com” saytındakı məqaləni müəyyən ixtisarla təqdim edir.

“Çinli istehsalçılar tanınmağa çalışırlar. Bunun üçün də ən sadə yol böyük tədbirlərdə iştirak etməkdir. Eyni strategiyanı COP29-un tərəfdaşı olan Nİo da davam etdirir. Şirkət BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) avtomobil xidməti göstərir.  
Vaxtilə BYD də bu yolu gedib. Şirkət 2024-cü il Avropa Futbol Çempionatını maliyyələşdirdi və on illərdir ənənəvi sponsor olan Volkswagen qrupunu “taxtdan saldı”.
Doğrudur, Nio Azərbaycanda hələ ki satılmır. Lakin şirkət özünə Azərbaycanda domen adı rəsmiləşdirib”.

Vüqar Yaşaroğlu

Oxunub : 6300
ŞƏRH YAZ
Ad

E-mail

Şərh